ABŞ-da kiberhücumlarla bağlı fövqəladə vəziyyət elan edildi

  • 2019-05-16 10:37:08
  • |
  • Dünya /

ABŞ-da kiberhücumlarla bağlı fövqəladə vəziyyət elan edildi

ABŞ prezidenti Donald Tramp ölkənin kompüter şəbəkələrini "xarici təxribatlardan" qorumaq üçün fövqəladə vəziyyət elan edib.

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat verir.

Ağ Ev rəhbərinin imzaladığı fərmana görə, ABŞ şirkətlərinin milli təhlükəsizliyə risk yaradan telekommunikasiya vasitələrindən istifadə etməsinə qadağa qoyulub.

Fərmanda konkret şirkətlərin adları açıqlanmasa da, ekspertlər başlıca olaraq Çinin "Huawei" şirkətinin hədəfə alındığını iddia edir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA