ABŞ-da sionizm əleyhdarı olan yəhudilər İlhan Omarı dəstəkləyiblər

ABŞ-da sionizm əleyhdarı olan yəhudilər İlhan Omarı dəstəkləyiblər

Hurriyyet.org xəbər verir ki, sionizm əleyhdarı olan ortodoks yəhudiləri İsrailə qarşı açıqlamaları səbəbi ilə təzyiqlərə məruz qalan Nümayəndələr Məclisinin üzvü olan İlhan Omara dəstək üçün onunla görüş keçiriblər.

"Neturei Karta" adlı antisionist yəhudi camaatının lideri haham Dovid Feldmen, Omarı dəstəkləmələri ilə bağlı “Anadolu Agentliyi”nə müsahibə verib.

Feldman, dini için canını vermeye hazır olan yəhudi olduğunu, lakin sionizm ilə yəhudiliyi eyniləşdirmədiyini vurğulayaraq, Omarın İsrail ilə bağlı açıqlamalarını “bütün qəlbləri ilə” dəstəklədiklərini bildirib.

Ərəb və müsəlman qonşuları ilə dostluq və həmrəylik içərisində olduqlarını qeyd edən Feldman deyib: “Fələstinin işğal edildiyini söylədiyi üçün kimi isə antisemit olmaqda ittiham eləmək qəbuledilməzdir. Lakin bunun yəhudilərin adından edilməsi biz yəhudilərə zərər verir. Bizlər Nyu-Yorkda olduqca böyük məhəlləyə sahibik, amma orada dalğalanan bircə dənə də olsun İsrail bayrağı tapa bilməzsiniz. Omara qarşı münasibət tragediya və hüquq pozuntusudur. Omar uzun müddət bundan əvvəl deyilməli olan sözləri deyib. Buna görə, bu sözlərin deyilməməsi, başqalarına ibrət olması üçün onu cəzalandırmağa çalışırlar. Omar həqiqəti söyləyir və ona görə də buradayıq. Ona dəstəyimizi göstərmək üçün gəldik”.

Omarın Konqresin binasındakı ofisinə daxil olan yəhudi qrupun nümayəndələri onu dəstəklədiklərini bildiriblər.

Omardan İsraillə bağlı ikinci açıqlama

Ötən həftələrdə bəzi ABŞ siyasətçilərinin İsrail lobbisindən pul aldığına işarə vurduğu üçün böyük etirazla qarşılanan Omar son açıqlamalarına görə həm demokratlar, həm də respublikaçılar qanadının sərt etirazları ilə qarşılaşıb.

Omar növbəti açıqlamasında ABŞ-ın İsrailə olan sədaqətini gücləndirməyə çalışan siyasi bir təsirin olduğunu bildirmiş, Vaşinqtonun siyasətinə təsir edən Amerika şirkətlərinin tənqid edilə bildiyi halda, israil lobbisi haqqında danışmaması ilə bağlı təzyiq göstərildiyini vurğulamışdı.

İlhan Omar demişdi: “Mən mənə səs verən Amerika xalqını təmsil edirəm. Əcnəbi bir ölkəyə sədaqət göstərməməyim məni antisemit etməyəcəkdir”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA