ABŞ-DAN AVROPAYA “İRAQDAN ÇIX” ÇAĞIRIŞI

  • 2019-05-17 13:46:11
  • |
  • Dünya /

ABŞ-DAN AVROPAYA “İRAQDAN ÇIX” ÇAĞIRIŞI

Hurriyyet.org xəbər verir ki, İraqda İrana yaxın qrupları bəhanə edərək bu ölkədən diplomatlarını çıxaran ABŞ Avropa ölkələrinin də İraqdakı fəaliyyətlərini dayandırmaq üçün təzyiq göstərir. İranın mühasirəsi siyasəti çərçivəsində sanksiya və hərbi toplaşma kartlarından istifadə edən ABŞ Tehranın qonşu ölkələrlə də arasını vurmaq üçün hərəkətə keçib.

ABŞ-ın fövqəladə vəziyyətlərlə əlaqədar olan əməkdaşlardan savayı, Amerika hökumətinin bütün nümayəndələrini İraqdan çıxarmasından sonra Almaniya və Hollandiya da özlərinə qarşı konkret bir təhdid olmamasına rəğmən, İraqdakı hərbi təlimlərini dayandırmağı qərara alıblar. Almaniya və Hollandiya mətbuatının yazdığına görə, qərarı Amerikanın rəhbərlik elədiyi beynəlxalq koalisiya verib.

İranın BMT-dəki nümayəndəliyinin mətbuat katibi Əlirza Miryusifi ABŞ hökumətinin İraqdakı əməkdaşlarını oradan çıxarmaq təlimatını verməsinin Ağ Evin saxta kəşfiyyat məlumatlarına istinad edərək İrana qarşı başladığı təbliğat savaşının son pərdəsi olduğunu bildirib, bu addımın müharibənin başladılması bəhanəsi olduğunu söyləyib. Miryusifi İranın nə İraqda, nə də başqa heç bir yerdə heç kim üçün təhdid yaratmadığını və heç yerə hücum eləmək niyyətində olmadığını bildirib. İranın sadəcə özünü müdafiə elədiyini, İran xalqının ABŞ-ın başladığı yeni psixoloji müharibəyə də təslim olmayacağını vurğulayıb.

ABŞ mətbuatının yazdığına görə, ölkənin xarici işlər naziri Mayk Pompeo ötən həftə İraqa gözlənilməz səfəri zamanı Bağdad hakimiyyətini “İrana yaxın olan qruplara nəzarət eləməyə” çağırmışdı. “Röyters”in İraqın iki nəfər vəzifəli şəxsinə istinad elədiyi xəbərinə görə, Pompeo “şiə milis qruplarına nəzarət etməyəcəkləri təqdirdə, özlərinin güc vasitəsilə bunu edəcəklərini” açıq şəkildə Bağdada bildirib.

Bu səfərdən sonra İraqın baş naziri Adil Əbdülmehdi heç bir tərəfdən təhdid olmadığını bildirərək demişdi: “Amerikalılara hökumətinizin bütün tərəfləri qorumaq vəzifəsini yerinə yetirdiyini aydın şəkildə çatdırdıq”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA