ABŞ-dan çevrilişçilərə təhdidli dəstək: “QUAYDOYA HÜCUM OLSA, VURARIQ!”

ABŞ-dan çevrilişçilərə təhdidli dəstək: “QUAYDOYA HÜCUM OLSA, VURARIQ!”

Venesuela ABŞ diplomatlarını qovmaq istəyir, əks tərəf isə israrla qalmağa çalışır

Hurriyyet.org xəbər verir ki, Ağ Evin milli təhlükəsizlik müşaviri Con Bolton sosial media vasitəsilə Venesuela dövlətini təhdid edən açıqlamalar verib. Bolton yazıb: “Xuan Quaydoya hər hansı bir hücum olarsa, buna ciddi şəkildə cavab veriləcək”.

Venesuela prezidenti Nikolas Maduronun Xarici İşlər Nazirliyinə iki ölkə arasında qarşılıqlı əlaqənin təmin edilməsi üçün 30 gün içərisində “idarə ofisləri” açılması göstərişini verməsindən sonra ABŞ tərəfindən “hər hansı bir hücuma ciddi qarşılıq vermək” təhdidi gəlib.

“Cidi qarşılıq verərik”

Ağ Evin milli təhlükəsizlik müşaviri Con Bolton məsələ ilə bağlı öz “Tvitter” hesabında belə bir açıqlama verib: “ABŞ diplomatik personalına, Venesuelanın demokrat lideri Xuan Quaydoya və yaxud da Milli Məclisə qarşı hər hansı bir hücum ediləcəyi və ya addım atılacağı təqdirdə “buna ciddi bir qarşılıq veriləcək”.

Hər iki ölkənin 30 gün içərisində razılıq əldə edə bilməyəcəyi təqdirdə qalan dilomatik idarə əməkdaşlarının ölkəni tərk etməsinin və ABŞ nümayəndəliklərinin bağladılmasının lazım olacağı bəyan edilmişdi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA