ABŞ-dan F-35 həmləsi - “DÖYÜŞƏ HAZIRIQ!”

  • 2019-03-01 15:20:52
  • |
  • Dünya /

ABŞ-dan F-35 həmləsi - “DÖYÜŞƏ HAZIRIQ!”

Hurriyyet.org xəbər verir ki, ABŞ Donanması F-35 hərbi təyyarəsinin C versiyasının döyüşə hazır olduğunu bildirib.

ABŞ Donanmasının dünən verdiyi açıqlamada iyirmi ildən artıq müddət ərzində davam edən test və təkmilləşdirmə mərhələlərdindən sonra F-35C qırıcılarının son tapşırıq testlərindən müvəffəqiyyətlə keçərək artıq döyüşə hazır vəziyyətə gəldiyi bildirilir.

Hava Qüvvələrinin donanma komandiri admiral Devulf Miller deyib: “F-35C əməliyyatlara, döyüşə və qələbə çalmağa hazırdır”.

F-35 hücum təyyarəsi birpilotlu və birmotorludur, beşinci nəsildir, havaya-yerə hücum, kəşfiyyat, taktiki müdafiə kimi çoxməqsədli vəzifələri var.

Malik olduğu DAS sistemi sayəsində 360 dərəcə görmə bucağına malik F-35 xüsusi həndəsi forması və örtüyü sayəsində düşmən radarı tərəfindən çətinliklə görünür.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA