ABŞ-dan GÖZLƏNİLƏN zərbə gəldi: 2 həftə ərzində... - İran ballistik raketləri...

  • 2019-01-16 10:36:59
  • |
  • Dünya /

ABŞ-dan GÖZLƏNİLƏN zərbə gəldi: 2 həftə ərzində... - İran ballistik raketləri...

“İran Yaxın Şərq və Avropanı təhdid altında saxlayacaq qitələrarası lazerli ballistik raket arxasınca qaçır”.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.

O, İranın ötən gün kosmosa göndərdiyi və uğursuzluqla başa çatan peyk layihəsinə işarə edərək açıqlama verib. Bildirib ki, İran kosmik gəmi göndərməklə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2231-ci qətnaməsini pozub: “Bu da İranın bir daha Yaxın Şərq və Avropanı təhdid altında saxlamağa çalışdığını göstərir”.

Qeyd edək ki, İran 2 həftə öncə kosmosa 3 peyk göndərəcəyini açıqlamış, bu təşəbbüs ABŞ tərəfindən sərt reaksiya ilə qarşılanmışdı.

Pompeo kosmik peykləri daşıyan texnologiyanın qitələrarası ballistik raket texnologiyası ilə eyni olduğunu bildirmiş, Tehranın hökumətini daha güclü iqtisadi və diplomatik sanksiya tətbiq etməklə təhdid etmişdi.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA