ABŞ-dan İŞİD açıqlaması: "İKİ HƏFTƏ ƏRZİNDƏ..."

  • 2019-01-30 12:02:21
  • |
  • Dünya /

ABŞ-dan İŞİD açıqlaması: "İKİ HƏFTƏ ƏRZİNDƏ..."

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şenahen Suriyada İŞİD-in əlindəki torpaqların 99,5%-dən artığının alındığını, qarşıdakı iki həftə ərzində terror təşkilatının nəzarətində olan torpaqların hamısının alınacağını söyləyib.

Yanvarın 1-dən etibarən müdafiə naziri vəzifəsini icra edən Şenahen ilk dəfə Pentaqonda mətbuat konfransı keçirib. O, keçmiş müdafiə naziri Cim Mattisin strateji xəttinin olduğu kimi davam etdirildiyini bildirib.

Şenahen deyib: “İki il əvvəlki ilə müqayisədə İŞİD-in əlində olmuş torpaqların 99,5 faizindən çoxu onlardan alınıb. Bir-iki həftə içərisində bu rəqəm 100 faizə bərabər olacaq. Suriyadakı hərbi əməliyyatları belə xarakterizə edəcəyəm: terrorçuluq riski və kütləvi köç mühüm miqyasda azaldıldı”.

Şenahen Suriyanın şimal-şərqində vəziyyətin qarışıq olduğunu bildirib: “Sərhədin (Türkiyə-Suriya sərhədi nəzərdə tutulur – red.) bir tərəfində 3,5 milyon qaçqın, digər tərəfində isə çox sayda daxili qaçqın vardır”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA