ABŞ-dan Rusiya barəsində yeni QƏRAR

  • 2018-04-18 13:27:58
  • |
  • Dünya /

ABŞ-dan Rusiya barəsində yeni QƏRAR

ABŞ Suriyaya görə Moskva barəsində yeni sanksiyaları tətbiq etmək fikrindən daşınıb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu haqda “İnterfaks” agentliyi Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən bildirib.

Mənbələrə görə, ABŞ hakimiyyəti Vaşinqtondakı səfirlik vasitəsilə Rusiya tərəfinə bu barədə xəbərdarlıq edib.

“Mən təsdiq edirəm ki, Rusiyanın Vaşinqtondakı səfirliyi yaxın vaxtlarda yeni sanksiyaların olmayacağı barədə xəbərdar edilib”, - agentliyin həmsöhbəti deyib.

Qeyd edək ki, bazar günü - aprelin 15-də ABŞ-ın Rusiyadakı səfiri Con Xantsman və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Hikki Heyli Vaşinqtonun Suriya prezidenti Bəşər Əsədə dəstəyinə cavab olaraq Moskva barəsində məhdudlaşdırıcı ölçüləri tətbiq etməyə hazırlaşdığını bildiriblər. ABŞ Suriyada kimya hücumların təşkilinə görə Rusiyanı məsuliyyətli hesab edir.

Daha sonra prezident Donald Trampın yanında Milli iqtisadi şuranın başçısı Lourens Kadlou jurnalistlərə bildirib ki, anti-Rusiya sanksiyaların tətbiqi haqqında qərar hələ müzakirə səviyyəsindədir və qəti qərar qəbul edilməyib.

Loading...

QALEREYA