ABŞ-dan Venesuela barədə TƏHLÜKƏLİ GEDİŞ

ABŞ-dan Venesuela barədə TƏHLÜKƏLİ GEDİŞ

ABŞ Juan Quaydonun prezident kimi tanınması haqqında BMT Təhlükəsizlik Şurasının qətnaməsini hazırlayacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

“Vaxt gəldi ki, Birləşmiş Millətlər Təşkilatı müvəqqəti prezident Juan Quaydonu Venesuelanın qanuni prezidenti kimi tanısın və onun nümayəndəsini qəbul etsin”, - Pens deyib.

Qeyd edək ki, Venesuelada vəziyyət yanvarın 23-də - kütləvi etirazlardan sonra parlament spikeri Quaydonun özünü müvəqqəti prezident elan etməsindən sonra kəskinləşib. ABŞ, Avropa İttifaqı və Latın Amerikası ölkələrinin əksəriyyəti onun qanuni dövlət başçısı kimi tanıyıblar.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA