ABŞ-dan Venesuelanın dövlət neft şirkətinə qarşı SANKSİYA

  • 2019-01-29 13:26:26
  • |
  • Dünya /

ABŞ-dan Venesuelanın dövlət neft şirkətinə qarşı SANKSİYA

Hurriyyet.org xəbər verir ki, Venesuelanın seçkilər yolu ilə hakimiyyətə gəlmiş prezidenti Nikolas Maduronun legitimliyini qəbul eləməyən ABŞ iqtidarı Venesuela dövlət neft şirkəti PDVSA-ya (Petroleos de Venezuela) qarşı sanksiya tətbiq eləmək qərarını verib.

Ağ Evdə keçirilən mətbuat konfransında Ağ Evin milli təhlükəsizlik müşaviri Con Bolton ilə ABŞ-ın maliyyə naziri Stiven Mnaçin, sanksiya qərarını bəyan ediblər.

Bolton artıq Maduroni qanuni prezident hesab eləmədiklərini və Xuan Quaydonu müvəqqəti prezident kimi tanıdıqlarını bildirib.

Mnaçin də Maduronun hakimiyyətinin legitimliyini tanımadıqlarını vurğulayaraq, bu çərçivədə Venesuelanın PDVSA şirkətini, həmçinin onunla bağlı olan bütün qurumları sanksiya siyahısına daxil elədiklərini bildirib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA