ABŞ-dan Yaxın Şərqdə yeni müharibə təhlükəsi - İrana qarşı 120 min hərbçi göndərmək planı

  • 2019-05-14 18:39:22
  • |
  • Dünya /

ABŞ-dan Yaxın Şərqdə yeni müharibə təhlükəsi - İrana qarşı 120 min hərbçi göndərmək planı

Tramp: “İranda nələr olacağını hamı görəcək” – 2003-cü il İraq ssenarisi təkrarlana bilər

Hurriyyet.org xəbər verir ki, ABŞ mətbuatı Pentaqonun Yaxın Şərqi qarışdıracaq böyük bir həmlə eləməyə hazırlaşdığını yazıb. “Nyu York Tayms” qəzetinin milli təhlükəsizlik orqanları əməkdaşlarına istinad elədiyi xəbərinə görə, ABŞ iqtidarı Yaxın Şərqə 120 min hərbçi göndərməyi planlaşdırır.

Qəzetin xəbərinə görə, Pentaqon İrana qarşı tətbiq ediləcək əməliyyat planının detallarını Ağ Evə təqdim edib. Planın ciddi bir müharibə hazırlığı olduğu qeyd edilir. Bu əməliyyat planına görə, ABŞ Yaxın Şərqə 120 min hərbçi göndərəcək. Bu rəqəm ABŞ-ın 2003-cü ildə İraqı işğal elədiyi zaman bölgədə sahib olduğu hərbçi sayına yaxındır. Bölgədəki hərbçilərin birinci vəzifəsi bölgədəki mövcud ünsürləri qorumaq və İranın nüvə fəaliyyətini dayandırmaq kimi ifadə edilir.

Tramp: “İranda nələr olacağını hamı görəcək”

Dünən Ağ Evdə ABŞ prezidenti Donald Trampa “İranda rejim dəyişəcəkmi?” sualı verilib. Tramp sualın cavabında demişdi: “İranda nələr olacağını hamımız görəcəyik”.

ABŞ-ın bu planlarını həyata keçirməsi İranla müharibə riskini ciddi şəkildə artırır. Ölkələr indiyə qədər verdikləri açıqlamalarda bir-birilərini təhrik edirdilər. Lakin indi ilk dəfədir ki, ciddi mənada hazırlıqlar başlayıb. Ağ Evin milli təhlükəsizlik müşaviri Con Bolton bu ayın əvvəlində etdiyi xəbərdarlıqda ABŞ-ın İran rejimi ilə müharibə aparmağa çalışmadığını, lakin inqilab keşikçiləri və İran ordusundan gələcək hər hansı bir hücuma qarşı hazır olduğunu bildirmişdi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA