ABŞ-dan yeni F-35 qərarı: Türkiyəyə alternativ axtarılır

ABŞ-dan yeni F-35 qərarı: Türkiyəyə alternativ axtarılır

Ərdoğan Qərbə arxasını çevirərək Türkiyənin irəlləməsini sabotaj edir.

Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, bu sözlər amerikalı yazar Devid İqnatiusun “Vaşinqton Post”da dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, artıq amerikalı rəsmilər F-35-ləri istehsal edən “Lokhid Martin”dən təyyarənin Türkiyədə istehsal ediləcək hissələrinin hazırlanması üçün alternativ bölgə axtarmasını istəyiblər:

“Ərdoğanın indiki situasiyada S-400-lərdən imtina etmək fikri yoxdur. ABŞ-dən gələn bütün xəbərdarlıqlara rəğmən Ərdoğan fikrindən imtina etmir. Ona görə də artıq amerikalı rəsmilər F-35-ləri istehsal edən “Lokhid Martin”dən təyyarənin Türkiyədə istehsal ediləcək hissələrinin hazırlanması üçün alternativ bölgə axtarmasını istəyiblər”.

İqnatius məqaləsində ABŞ-ın Türkiyədəki keçmiş səfiri Erik Edelmanın “Vikiliks”də dərc olunan hesabatına diqqət yetirərək, onun “Ərdoğan, xüsusilə xarici siyasətdə siyasi dinamikləri yanlış dəyərləndirməyə gətirib çıxaracaq özəlliklərə sahibdir” fikrinə yer verib.