ABŞ-dan YPG separatçılarına 200 TIRLIQ SİLAH-SURSAT - Türkiyənin cənubunda terror dövləti və orada qurulacaq ABŞ bazaları

  • 2019-06-14 18:47:06
  • |
  • Dünya /

ABŞ-dan YPG separatçılarına 200 TIRLIQ SİLAH-SURSAT - Türkiyənin cənubunda terror dövləti və orada qurulacaq ABŞ bazaları

Hurriyyet.org xəbər verir ki, ABŞ Suriyada qayğı ilə bəsləyib böyütdüyü YPG (Türkiyəyə qarşı silah qaldırmış PKK-nın Suriya şaxəsi) terror təşkilatına bu günlərdə 200 tırdan ibarət ağır silah və zirehli texnika göndərib.

Məsələ ilə bağlı “Sputnik” telekanalına müsahibə verən və adının açıqlanmasını istəməyən Suriya Demokratik Qüvvələri (YPG-nin daxil olduğu SDQ) üzvü belə deyib:

“ABŞ yeni bazalar quracaq”

ABŞ bizə ağır silah ilə zirehli texnika, pikap avtomobilləri göndərib. Həmçinin, yeni hərbi bazaların inşasında istifadə edilməsi üçün beton bloklar da göndərildi. ABŞ Deyr-əz-Zor (Suriyanın neftlə zəngin bölgəsi – red.) və Haseke bölgələrində yeni bazalar quracaqdır. Yüklər Şimali İraq Kürd Regional Muxtariyyətinin nəzarəti altında olan Semalka sərhəd qapısından Suriyaya daxil olub. Oradan da tırlarla Kobani bölgəsindək DSQ mərkəzlərinə təslim edildi. ABŞ bizə yardım eləməyə davam edəcəkdir”.

Tramp “Suriyadan çıxacağıq” demişdi

ABŞ prezidenti Donald Tramp, bundan əvvəl dəfələrlə “İŞİD-ə qarşı qələbə qazanıldı” şüarları səsləndirmiş və Suriyadakı Amerika hərbçilərinin dərhal oradan çıxarılacağını elan eləmişdi.

YPG (PKK) kimə qarşı silahlandırılır?

ABŞ YPG təşkilatını dəstəkləməsini əvvəllər “İŞİD-ə qarşı mübarizə” ilə əsaslandırırdı. İŞİD-in bölgəni tərk eləməsi aıqlamasına rəğmən, ABŞ-ın PKK-nın Suriyadakı qolu olan YPG-ni güclü şəkildə silahlandırması suallar doğurur.

YPG (PKK-nın Suriya şaxəsi) təşkilatı (İŞİD terrorçuları da daxil olmaqla, müxtəlif terror təşkilatlarının yaratdığı qarışıqlıqdan istifadə edərək) Suriya ərazisində separatçı “Rojava” dövlətini quran Demokratik İttifaq ilə Kürd Milli Şurası alyansının silahlı qüvvəsidir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA