“ABŞ-ı durğunluq və böhran gözləyir” - YUSKO

  • 2019-05-23 16:50:46
  • |
  • Dünya /

“ABŞ-ı durğunluq və böhran gözləyir” - YUSKO

Hurriyyet.org xəbər verir ki, “Morqan Krik Dijital” kriptoinvestisiya şirkətinin baş direktoru Mark Yusko 2020-ci ildə ABŞ-da resessiya (iqtisadi durğunluq) və kredit böhranı gözlədiklərini bildirib.

1,5 milyardlıq fondun rəhbəri olan Yusko CNBC kanalındakı "Fast Money" verilişinə müsahibəsində ABŞ Mərkəzi Bankının (FED) “faiz artımından çox faiz endiriminə yaxın olduğu” ilə bağlı anonsunu “bazar üçün yaxşı yox, pis xəbər” kimi dəyərləndirib. O deyib: “Yüksək faizlər iqtisadiyyatın güclü olmasına işarədir və aşağı faizlər iqtisadiyyatın zəif olmasının göstəricisidir. Bu, əsrlərlə belədir, bu gün də. FED bir faiz artırma dövründən sonra fasilə verib, faizləri azaltmaq dövrünə başlayırsa, diqqətli olun. Keçmişə baxın: 2001-ci ildə faizləri aşağı saldılar, fond bazarı 58 faiz ucuzlaşdı və resessiyaya daxil olduq, 2008-ci ildə də eyni şey oldu, faizi aşağı saldılar, qiymətli kağızlar bazarı 65 faiz ucuzlaşdı və maliyyə böhranı baş verdi”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA