ABŞ-ın Assanc ovunun arxasındakı çirkin həqiqətlər – “İraqlı məhkumun barmağını kəsib üzərinə turşu tökdülər, Əfqanıstanda 300 dinc sakini raketlə qırdılar”

  • 2019-04-12 18:07:06
  • |
  • Dünya /

ABŞ-ın Assanc ovunun arxasındakı çirkin həqiqətlər – “İraqlı məhkumun barmağını kəsib üzərinə turşu tökdülər, Əfqanıstanda 300 dinc sakini raketlə qırdılar”

Cinayətləri ifşa elədiyi üçün həbs edilən Assancın aşkara çıxardığı dəhşətli həqiqətlər

“ABŞ hərbçilərinin, “Bləkvotə” özəl hərbi şirkətinin əməkdaşlarının İraqda bir avtomobilə atəş açdıqları, atanı öldürüb, ana ilə qızının yaralanmasına tamaşa elədikləri bildirildi”

Hurriyyet.org xəbər verir ki, DÜNYA ABŞ QÜVVƏLƏRİNİN İRAQ VƏ ƏFQANISTANDA ÇOX SAYDA DİNC VƏTƏNDAŞI UCDANTUTMA ŞƏKİLDƏ ÖLDÜRDÜYÜ, BU QƏTLİAMLARI GİZLƏTMƏSİ VƏ MƏHKUMLARA İŞGƏNCƏ VERMƏSİ KİMİ QARANLIQ HƏQİQƏTLƏRİ WİKİLEKS-İN YARADICISI CULİAN ASSANCIN SAYƏSİNDƏ ÖYRƏNDİ.

Vaşinqton hökuməti də bu həqiqətləri meydana çıxardığı üçün Assancın İngiltərə tərəfindən təhvil verilməsini istəyir.

İngiltərənin paytaxtı London şəhərində son 7 il ərzində yaşadığı Ekvador səfirliyində dünən həbs edilən Assanc ABŞ-ın ən güclü şəkildə təqib elədiyi şəxslər arasındadır.

ABŞ Ədliyyə Nazirliyinin dünən açıqladığı iddianamədə Wikileaks qurucusu Assanc “ABŞ tarixindəki ən böyük gizli məlumat sızdırmalarından birində iştirak eləməkdə” ittiham edildi.

İddianamədə, Assancın 2010-cu ilin mart ayında “Gizli İnternet Protokolu Şəbəkəsi” (SIPRNet) ilə bağlı ABŞ Müdafiə Nazirliyi kompyuterlərinin şifrəsini qırmaq üçün Çelsi Menninqə yardım elədiyi bildirilir.

Assancın İraq və Əfqanıstanda dinc vətəndaşların qətlinin gizlədilməsi və məhkumlara işgəncə verməsi kimi gizli məlumatların yer aldığı dosyaları yayıb.

İraq sənədləri

2010-cu ildə dərc edilən Wikileaks məlumatlarında İraqda aralarında təslim olanların da olduğu dinc vətəndaşların qətlinin gizlədilməsi, məhkumların işgəncələrə məruz qalması kimi sənədlər dərc olunub.

Bu dosyada ABŞ ordusuna məxsus bir “Apache” vertolyotundan açılan atəş nəticəsində “Röyters”in 2 əməkdaşı da daxil olmaqla 15 nəfərin qətl edilməsi ilə bağlı videolar da var.

Vertolyotun öz kamerası tərəfindən çəkilən videolarda vertolyotdakı heyətin gülərək və nalayiq ifadələr işlədərək “vur, yenə vur” dediyi eşidilir.

ABŞ ordusu hərbçilərə cəza vermədi. “O vaxt onların (“Röyters” əməkdaşları) kamera, yoxsa silah daşıdıqlarını ayırd edə bilmədik” deyə açıqlama verildi. Lakin həlak olan “Röyters” əməkdaşlarından birinin qardaşı demişdi: “Mənim soruşuram: inkişaf eləmiş texnologiyaya və yüksək istedadlı Amerika pilotlarının bir fotoaparatla raketatanı necə ayırd edə bilmirlər?”.

İraq dosyasında nəzarət nöqtələrində dinc vətəndaşların öldürülməsi, təslim olmaq üçün bir hərbi bazaya gələn 2 nəfərin vertolyotla vurulması, ABŞ hərbçilərinin bir məhkumun barmağını kəsib, özünü turşu ilə yandırmaları, bir məhkumun ABŞ hərbçilərinin qarşısında İraq hərbçisi tərəfindən edam edilməsi kimi hadisələri göstərən sənədlər də yer aldı.

Koalisiya və ya işğaldan sonra ABŞ-la əməkdaşlıq edən iraqlı hərbçilərin insanlara qarşı işgəncələri ilə bağlı qanuni proses edilməməsi ilə bağlı təlimat bu dosya sayəsində ortaya çıxıb.

ABŞ hərbçilərinin, “Bləkvotə” özəl hərbi şirkətinin əməkdaşlarının İraqda bir avtomobilə atəş açdıqları, atanı öldürüb, ana ilə qızının yaralanmasına tamaşa elədikləri bildirildi.

İngiltərə təhlükəsizlik şirkəti “Armor Grup”un da döyüş bölgəsindən qaçmağa çalışan iki əməkdaşını öldürdüyü də dosyada əks olunub.

Əfqanıstan sənədləri

Wikileaks, 2010-cu ildə Əfqanıstandakı müharibə ilə bağlı 90 mindən artıq gizli sənəd və hesabatı yaydı. Əfqanıstandakı müharibənin nə qədər dağıdıcı olduğunu ortaya qoyan sənədlərdə ABŞ-ın lideri olduğu koalisiyanın yüzlərlə dinc sakini öldürdüyü və bunları gizlədiyi aşkara çıxıb.

Dinc vətəndaşların həlak olduğu hadisələr arasında ABŞ hərbçilərinin avtobusa atəş açıb 15 nəfəri qətlə yetirməsi, polşalı əsgərlərin toya hücum edib, aralarında hamilə qadın və uşağının da olduğu 5 nəfəri qətlə yetirməsi göstərildi.

MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi – CIA) əməkdaşlarının onlardan qaçan bir adamı öldürməsi, lakin sonradan bu adamın xəbərdarlıqları eşitməyən lal-kar olduğunun ortaya çıxaması, 150 nəfər Taliban üzvünün öldürüldüyü bildirilən raket hücumu zamanı əslində 300 nəfər dinc sakinin qətlə yetirilməsi, Taliban liderlərini məhkəməyə çıxarmadan öldürmək üçün gizli xüsusi təyinatlı qüvvələrinin qurulması, Nevadadan idarə edilən Silahlı Pilotsuz Uçuş Aparatlarından ABŞ-ın getdikcə daha çox sayda istifadə eləməsi və bu hücumlar zamanı çox sayda dinc sakinin ölməsi kimi məlumatlar da yerləşdirilib.

Həmçinin, ABŞ Müdafiə Nazirliyi ilə əməkdaşlıq edən firmaların işçilərinin oğlan uşaqlarını cinsi istismar elədikləri aşkar olunub.

Quantanamo sənədləri

Wikileaks 2007-ci ildə Quantonamada saxlanılan məhkumlarla işləyən əgərlərin cib kitabçası olan “Amerika Ordusu Əməliyyat Prosedurası”nı da dərc edib.

İnsan hüquqları təşkilatları məhkumların Qızıl Xaç Təşkilatı ilə görüşünün 4 həftəyə qədər əngəllənəcəyini öyrəndikdən sonra narahatlıqlarını bildirmişdilər.

Məhkumların yaxşı davranış və əməkdaşlıq sayəsində “xüsusi mükafatlar” qazana biləcəyi və bu “mükafatın” da bir rulon tualet kağızı olduğu aşkara çıxıb.

Məhkumların daha çox əməkdaşlıq eləməsini təmin eləmək üçün hansı üsullarla izolyasiya ediləcəklərinə dair məlumatlar da bu sənədlərdə əks olunub.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA