ABŞ-ın Avropa üzrə baş diplomatı istefa verdi

  • 2019-01-23 10:09:06
  • |
  • Dünya /

ABŞ-ın Avropa üzrə baş diplomatı istefa verdi

ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə yardımçısı Uess Mitçellin vəzifəsindən istefa verdiyi bildirilir. Mitçell Rusiya ilə bağlı məsələlər və Avropa ölkələri ilə əlaqələrlə məşğul olurdu.

Dövlət Departamenti oun vəzifəsindən fevral ayının ortalarında gedəcəyini bildirib. Departamentin sözçüsü Robert Palladino Mitçelin “dəyərli və effektiv lider” və ABŞ-ın “Avropadakı müttəfiqləri və tərəfdaşlarının yaxşı dostu” olduğunu bildirib

O, istefası haqda ilk dəfə məlumat verən “Washington Post” qəzetinə müsahibədə bu addımın şəxsi və professional səbəblərlə əlaqədar olduğunu deyib.

Dövlət Departamentinin veb səhifəsindəki məlumata əsasən, Mitçell dövlət katibinin yardımçısı vəzifəsinin icrasına 2017-ci ilin oktyabr ayında o zaman Reks Tillersonun dövlət katibi olduğu vaxt başlayıb. O bundan öncə 12 il Mərkəzi Avropa məsələləri ilə məşğul olan araşdırma mərkəzində çalışıb.

Dövlət katibi Mayk Pompeo Uess Mitçelin işinə yüksək qiymət verərək, ona ən xoş arzularını çatdırıb.

“Uess dövlət katibinin yardımçısı kimi gözəl işləyib. Mən onun məsləhətləri və onun bizim Avropa komandasının başçısı kimi göstərdiyi müdrikliyi hər zaman yüksək qiymətləndirmişəm” – deyə, Dövlət katibi Mayk Pompeo bildirib./Amerikaninsesi.org/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA