“ABŞ-ın B komandası müharibə istəyir” - İranın xarici işlər naziri

“ABŞ-ın B komandası müharibə istəyir” -  İranın xarici işlər naziri

Hurriyyet.org xəbər verir ki, İranın xarici işlər naziri Cavad Zərif “B komandası” adlandırdığı, Ağ Evin milli təhlükəsizlik müşaviri Con Boltonun başçılıq elədiyi qrupun diplomatiya yerinə müharibə istədiyini bildirib. Zərif “Tvitter”dəki hesabında bununla bağlı ABŞ prezidenti Donald Trampa ismarıc göndərib. Zərifin paylaşmasında deyilir: “ABŞ hərbi qüvvələrinin Bəsra körfəzində yerinin olmadığını deyən Donald Tramp 100 faiz haqlıdır. Qüvvələrini geri çəkmək ABŞ və dünyanın mənfəətinə tam uyğundur, lakin B komandasının ABŞ-ın mənfəətləri ilə maraqlanmadığı aşkar ortalıqdadır. Diplomatiyaya yuxarıdan aşağı baxırlar və müharibəyə susayıblar”.

Zərif Ağ Evin milli təhlükəsizlik müşaviri Boltonu, İsrailin baş naziri Binyamin Netanyahunu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi bin Salmanı və BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Zayedi “B komandası” adlandırır.

ABŞ-ın 2003-cü ildə İraqı işğal eləməsinin təşkilatçılarından olan Con Boldon prezident Trampı İrana qarşı hərbi hücuma cəlb eləməyə çalışırr. Tramp isə iki gün bundan əvvəl Ağ Evdə çıxışı zamanı Bolton barəsində belə demişdi: “Çox yaxşı işləyir, lakin Yaxın Şərq məsələsində tez-tez bir-birimizi anlamırıq”.

Hurriyyet.org