ABŞ-ın çevriliş planlaşdırdığı Venesueladan QORXUNC XƏBƏR: ən azı 120 nəfər ölüb, 500 nəfər həbs edilib...

  • 2019-03-11 18:57:55
  • |
  • Dünya /

ABŞ-ın çevriliş planlaşdırdığı Venesueladan QORXUNC XƏBƏR: ən azı 120 nəfər ölüb, 500 nəfər həbs edilib...

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın dəstəklədiyi çevriliş cəhdi ilə üzbəüz qalan Venesuelada ən azı 80 saat ərzində davam edən elektrik kəsilməsi səbəbindən bilavasitə ölənlərin sayı 21 nəfərə çatıb. Elektrik kəsilməsinin dolayısı ilə səbəb olduğu ölümlərin sayı isə 100-ü keçib.

Səhiyyə İşçiləri Şəbəkəsinin məlumatına görə, elektrik yoxluğu üzündən ölkənlərin sayı 21 nəfərə çatıb. Milli Xəstəxana Araşdırması təşkilatının hesabatında görə, bu rəqəmlər sadəcə 40 ədəd mühüm tibb mərkəzinə aiddir, ölkə miqyasında isə qeydə alınmamış rəqəm çox yüksək ola bilər.

Səhiyyə naziri isə bu məlumatların insanları təlaşa salmaq üçün yayıldığını bildirir. O, bütün dövlət xəstəxanalarına nəzarət elədiklərini, elektrik stansiyalarının 90 faizinin iki gün boyunca işlədiklərini bildirib. Bu açıqlamaya rəğmən, Maduro hökuməti cümə günü olduğu kimi, bazar ertəsi günü də dərslərin keçirilməyəcəyini, bir günlük rəsmi tətil elan elədiklərini bildirib.

Ölkədə xaos əhvalı hökm sürür. Elekrtikin yoxluğunu fürsət bilib, qapalı supermarketləri talamaq istəyən 500 nəfərdən artıq oğru həbs edilib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA