ABŞ-ın dəstəklədiyi çevrilişçi Quaydo Venesuela ordusuna 3 GÜN VAXT VERDİ

ABŞ-ın dəstəklədiyi çevrilişçi Quaydo Venesuela ordusuna 3 GÜN VAXT VERDİ

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın dəstəklədiyi çevrilişçi, özünü “müvəqqəti prezident” elan eləmiş Xuan Quaydo Venesuelanın qanuni prezidenti olan Nikolas Maduronu dəstəkləyən Venesuela ordusunu təhdid edib. Quaydo ordunun “müvəqqəti prezidentin əmrini icra eləmək üçün 3 günü olduğunu” söyləyib.

Quaydo sosial media hesabındakı açıqlamasında fevralın 23-də “humanitar yardımların” ölkəyə daxil olmasına icazə verilməsi üçün orduya çağırış edib. Bu tarixə üç gün qaldığını söyləyib.

ABŞ iqtidarının Xuan Quaydonun tələbi ilə ölkəyə “humanitar yardım” göndərmək qərarı, Venesuelaya müdaxiləni sürətləndirəcək bir addım kimi qəbul olunur. Prezident Nikolas Maduro bunu “ölkənin suverenliyinə müdaxilə” kimi qiymətləndirib.

Rusiyanın Xariciİşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ABŞ-ın Venesuelaya humanitar yardımı barəsindəki açıqlamasında belə deyib: “ABŞ humanitar yardım adı altında ölkədə qeyri-sabitlik yaradaraq, çevriliş eləmək niyyətindədir. Bənzər ssenarilər başda ölkələrdə də həyata keçirilib. Bu, bir təxribatdır”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA