ABŞ-ın F-35-i, yoxsa Rusiyanın Su-57-si? - HANSI QIRICILAR DAHA YAXŞIDIR?

  • 2019-07-18 16:49:08
  • |
  • Dünya /

ABŞ-ın F-35-i, yoxsa Rusiyanın Su-57-si? - HANSI QIRICILAR DAHA YAXŞIDIR?

Hurriyyet.org xəbər verir ki, ABŞ MN (Pentaqon) Rusiyadan S-400 hava hücumundan müdafiə zenit-raket sistemlərini aldığı üçün Türkiyənin F-35 layihəsindən çıxarılması prosesinin başladığını bəyan elədikdən sonra nəzərlər Rusiya istehsalı olan V nəsil hərbi təyyarələr olan S-57 qırıcılarına dikilib.

Rusiyadan bu məsələ ilə bağlı verilən açıqlamada deyilir: “Rusiya təyyarələri bundan çox ucuz başa gəlir və F-35-lərdən heç də geridə qalmır. Üstəlik, F-35 hələ test mərhələsindədir və düzəldilməsi lazım olan bir çox problemləri aşkara çıxıb”.

F-35, JSF (Joint Strike Fighter, yəni müştərək hərbi təyyarə) proqramı çərçivəsində istehsal edilən 5-ci nəsil radar izi zəif olan hərbi təyyarələr ailəsidir.

Su-57-dən harada istifadə edilir: 12 təyyarədən ibarət ilk silsilə istehsal qrupunun 2019-cu ildə Rusiya Hava-Kosmik Qüvvələrinə təslim edilməsi gözlənilir.

F-35-lərdən Norveç, Avstralya, İtaliya, İsrail və İngiltərədə istifadə edilir.

Su-57-nin ilk uçuşu 2010-cu ildə Rusiyanın Komsomolsk-na-Amure şəhərində baş verib.

F-35-in ilk uçuşu 2000-ci il oktyabrın 24-də olub.

Su-57-nin ən böyük sürəti 2.600 km/saatdır.

F-35-in ən böyük sürəti 1.931 km/saatdır.

Su-57-nin uçuş müddəti 5.8 saatdır.

F-35-in uçuş müddəti 2 saat 36 dəqiqədir.

Su-57 ən uzun uçuş mənzili 5.500 kilometrdir (yanacaq ehtiyatı ilə).

F-35-in ən uzun uçuş mənzili 1.667 km – 2.200 km (modelinə görə dəyişir).

Su-57-nin yükqaldırma qabiliyyəti – 10.000 kq.

F-35-in yükqaldırma qabiliyyəti – 8.160 kq.

Radarlarda görünməzlik (xəyalət) texnologiyası, qısa məsafəli uçuş-eniş qabiliyyəti hər iki modeldə mövcuddur.

Şaquli uçuş və eniş qabiliyyəti F-35-də var, Su-57-də mövcud deyil.

F-35 təyyarəsi 25mm-lik GAU-22/A təyyarə topu və “havadan havaya” və “havadan yerə” sinifli raketlərlə, həmçinin, GBU-31 JDAM ilə GBU-32 JDAM bombaları ilə təchiz olunub.

Su-57 təyyarəsi, 30mm-lik 9-A1-4071K təyyarə topu, “havadan havaya” raketlər və KAB-500C hava bombaları ilə təchiz edilib. Su-57, “havadan yerə” raketləri ilə də təchiz edilə bilər.

Su-57-nin əsas xüsusiyyətləri bunlardır: supersonik sürət, “Kinjal” raketləri, “ikinci virtual pilot” funksiyası.

F-35-in əsas xüsusiyyətləri: Pentaqon bu təyyarələrin nüvə silahı ilə təchiz edilməsi imkanları üzərində çalışır,F-35B modeli üçün motorlar “Rolls-Royce Defence” qurumunun iştirakı ilə hazırlanır, 1300 km-ə qədər məsafələrdə ballistik raket atışını aşkar eləmək qabiliyyətinə malikdir.

Rəqəmlər Su-57 təyyarəsinin manevra qabiliyyəti, sürət və mənzil baxımından amerikalı rəqibindən üstün olduğunu göstərir.

Mütəxəssislər F-35-in isə müdafiə sistemləri tərəfindən daha çətin şəkildə aşkar edildiyi məsələsində həmrəydirlər.

F-35 “məlumatları ümumiləşdirmək” proqramı çərçivəsində müttəfiq təyyarələr üçün idarəedici rolundadır, üzərindəki sensor və əməliyyat proqramları isə real zamanlı olaraq döyüş ilə bütünləşmiş və dinamik görüntü verə bilirlər.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA