ABŞ-IN HƏMLƏSİ BALANSI DƏYİŞDİRDİ - TÜRKİYƏYƏ PUL YAĞACAQ!

ABŞ-IN HƏMLƏSİ BALANSI DƏYİŞDİRDİ - TÜRKİYƏYƏ PUL YAĞACAQ!

Çin bazarı türk mallarını gözləyir

Hurriyyet.org xəbər verir ki, Türkiyə-Çin İşgüzar Əməkdaşlıq və Dostluq Dərnəyinin başçısı Adnan Akfırat deyib: “Çin ABŞ-ın ticarət müharibəsinə cavab olaraq, “daha çox idxal edəcəyik” deyib. Çin bazarı türk mallarını gözləyir. ABŞ kimi ən güclü rəqib artıq bir kənarda qalıb. Türkiyənin qarşısında mühüm bir fürsət açılır. Qollarımızı çırmalayıb bu imkanın daimi olmasına çalışmalıyıq”.

“Türkiyənin günləri gəlir”

Yaşar Üniversiteti və Türk-Çin Türkiyə-Çin İşgüzar Əməkdaşlıq və Dostluq Dərnəyi tərəfindən keçirilən “21-ci əsrdə iqtisadi, sosial və mədəni sahələrdə Türkiyə-Çin Əməkdaşlığı” konfransının açılışında çıxış edən Akfırat Asiyanın coğrafi şaxəsi olan Avropanın Atlantik qandallarından qurtulub Asiyaya yaxınlaşdığını söyləyib: “Təkqütblü dünya dövrü sona çatmaqdadır. Bəşəriyyətin daha ədalətli, sülhsevər inkişafına söykənən bir dünya qurulur. Bu quruluşun əsas qüvvəsi Avrasiyadır. Eyni zamanda Türkiyənin günləri gəlməkdədir. Türkiyədə Avrasiyanın gücü ilə bu yeni və aydınlıq günlər gəlməkdədir”.

O, Türkiyənin 1945-ci ildən etibarən mənsub olduğu Atlantik düşərgəsinin “Türkiyəni Asiyaya düşmən elədiyini, lakin 2016-cı il iyulun 15-dən etibarən bu bağın qırıldığını” da deyib.

O, son illərdə Türkiyə ilə Çin arasında həm iqtisadi, həm də digər sahələrdə əlaqələrin artdığına işarə vuraraq deyib: "Çin ABŞ-ın ticarət müharibəsinə cavab olaraq, “daha çox idxal edəcəyik” deyib. Çin bazarı türk mallarını gözləyir. ABŞ kimi ən güclü rəqib artıq bir kənarda qalıb. Türkiyənin qarşısında mühüm bir fürsət açılır. Qollarımızı çırmalayıb bu imkanın daimi olmasına çalışmalıyıq. Biz qərbdəyik, lakin günəş şərqdən çıxır”.

Qeyd edək ki, 2018-ci ilin ilk aylarında Türkiyənin Çinə ixracı 3,8 faiz artıb. Konfrans iki gün davam edəcək.

Hurriyyet.org

Loading...

QALEREYA