ABŞ-ın insan hüquqları hesabatında Türkiyə barəsində QALMAQALLI İFADƏLƏR

  • 2019-03-14 12:50:22
  • |
  • Dünya /

ABŞ-ın insan hüquqları hesabatında Türkiyə barəsində QALMAQALLI İFADƏLƏR

Hurriyyet.org xəbər verir ki, ABŞ XİN hər il olduğu kimi bu il də xarici ölkələrdəki insan hüquqları proqramlarının və şəraitinin araşdırıldığı hesabatını bəyan edib. Hesabatın Türkiyə ilə bağlı hissəsində qalmaqallı ifadələr yazılıb.

Hesabatda, Türkiyədə 15 iyul çevriliş cəhdinin olduğu 2016-cı ildə ölkədə mühüm siyasi dəyişiklik baş verdiyi, hökumətin fövqəladə vəziyyət elan eləmək qərarı və terrorçuluqla mübarizə ilə bağlı yeni qanun tənqid edilib, FƏTÖ terror təşkilatının lideri Fətullah Gülən isə “din adamı” adlandırılıb.

ABŞ XİN-in ölkələr və regionlar barəsindəki hesabatını rəsmi olaraq xarici işlər naziri Mayk Pompeo açıqlayıb. Hesabatın Türkiyəyə məxsus hissəsində 15 iyul çevriliş cəhdindən sonra elan edilən fövqəladə vəziyyət rejiminin 2 il davam elədiyi, 19 iyulda başa çatdığı, lakin fövqəladə vəziyyətin Türkiyə cəmiyyəti və təşkilatlarına böyük təsirləri olduğu, terorla mübarizədən narahatlıq fikirləri səsləndirilib.

Dinc əhalinin vurulması yalanı

Hesabatda yazılıb ki, Türkiyə Silahlı Qüvvələrinin ötən ilin yanvar ayında Afrində başladığı “Zeytun budağı” əməliyyatı zamanı “BMT, Beynəlxalq Amnistiya Təşkilatı, İnsan Hüquqlarının Müşahidəsi Təşkilatı döyüş meydanında olmasalar da, beynəlxalq müşahidəçilər TSQ-nin bə onun dəstəklədiyi silahlı müxalifət qruplarının dinc vətəndaşların həlak olmasına səbəb olduqlarını, xəstəxanaların vurulduğunu, qoruq altında olan mədəni abidələrinin hədəfə alındığını bildirirlər”.

Hesabatda deyilir: “Bu təşkilatlar əməliyyatın ilk günlərində dinc vətəndaşları qorumaq üçün bəzi vəziyyətlərdə Türkiyə qüvvələrinin lazımi tədbirləri görməmiş ola biləcəklərini bildiriblər”.

Əməliyyatlar narahat edir

Hesabatda Türkiyənin Milli Kəşfiyyat Təşkilatının xaricdə həyata keçirdiyi FƏTÖ əməliyyatına görə, narahatlıq hissi keçirildiyi qeyd edilib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA