“ABŞ-ın YPG-dən imtina etməsi gözlənilmir” - ŞƏRH

“ABŞ-ın YPG-dən imtina etməsi gözlənilmir” - ŞƏRH

“Türkiyənin şimali Suriyada təhlükəsizlik dəhlizi yaratması istiqamətində Vaşinqtonla apardığı danışıqlar nəticə verməsə, Ankara YPG terror təşkilatına qarşı Fəratın şərq sahilinə hərbi əməliyyatlar həyata keçirəcək. Türkiyənin cənub sərhədlərində terror təşkilatını inkişafı demək olar ki, regiona xaos vəd edir. PKK və YPG terror təşkilatı durduqca İŞİD-dən sonra bu terror təşkilatı regionda stabilliyi təhdid edəcək”. Hurriyyet.org xəbər verir ki, bu barədə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, plitoloq Məhəmməd Əsədullazədə bildirib.

Картинки по запросу Məhəmməd Əsədullazadə

“Türkiyə geri çəkilsə, burada terror mərkəzi yaradılacaq”

M. Əsədullazadənin fikrincə, ABŞ-ın bu terror təşkilatını müdafiə etməsi, lojistik dəstək verməsi Suriyada yeni kürd muxtariyyətinin yaradılmasına hesablanır: “Əgər Türkiyə geri çəkilsə, burada terror mərkəzi yaradılacaq. ABŞ ya Türkiyənin, ya da YPG terror təşkilatının.yanında olacaq. Danışıqlar aparılır, ABŞ-ın YPG-dən imtina etməsi gözlənilmir”.

“YPG terror təşkilatı neft satışı ilə öz mövcudiyyətini daha da inkişaf etdirəcək”

Əsədullazadə hesab edir ki, Vaşinqton Fəratın Şərqində Türkiyəyə güzəştə getməsə, iki dövlət arasında münasibətlər daha da kəskinləşəcək: “Ankara Vaşinqtondan daha da uzaqlaşacaq. Bu, birbaşa ABŞ-ın regionda siyasətinə mənfi təsir edəcək. Ona görə, ABŞ Fəratın şərqini Türkiyəyə güzəştə getmir ki, bura neft yataqları ilə zəngindir və YPG terror təşkilatı neft satışı ilə öz mövcudiyyətini daha da inkişaf etdirəcək”.

“Təəssüf ki, Türkiyənin bu əməliyyatlarına nə Rusiya, nə də İran dəstək verir”

M. Əsədullazadə vurğulayıb ki, Türkiyə tarixinin yeni Çankkala savaşı ilə üz-üzədir: “Öz milli təhlükəsizliyi və suverenliyi uğrunda mübarizə aparır. Təəssüf ki, Türkiyənin bu əməliyyatlarına nə Rusiya, nə də İran dəstək verir. Baxmayaraq ki, Suriya münaqişəsində hər üç ölkə kordinasiyalı fəaliyyət göstərir.

“Ankara mütləq şəkildə Fəratın Şərqində terror təşkilatının inkişafına imkan verməyəcək”, - deyə politoloq əlavə edib.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA