ABŞ-İran qarşıdurmasında YENİ DÖNƏM

ABŞ-İran qarşıdurmasında YENİ DÖNƏM

Politoloq: “ABŞ-da İrana birbaşa hərbi müdaxilədən tutmuş, rejim dəyişikliyinədək bir sıra strategiyaların tərəfdarları var...”

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran Birləşmiş Ştatlarla yeni saziş imzalamaq istəyir. Bu barədə Ağ Ev rəhbəri Nyu-Qempşirdə tərəfdarları qarşısında çıxışında bildirib. “İran sazişə nazil olmaq istəyir”, - deyə ABŞ-ın dövlət rəhbəri qeyd edib.

Onun sözlərinə görə, bu ABŞ-ın tətbiq etdiyi sanksiyalarla bağlıdır. Dövlət başçısı qeyd edib ki, sanksiyalar İran iqtisadiyyatına böyük zərər vurub.

Aylardır ki, iki ölkə arasında müharibənin başlayacağı anons edilir. Bəs proseslər nəyə aparır? Payızda müharibə havası olacaqmı?

“Yeni Müsavat”a danışan politoloq Nəzakət Məmmədova bildirdi ki, İranla müharibə məsələsində yəhudi lobbisinin ən yaxın müttəfiqi yevangelist cərəyanına etiqad edən, ABŞ-da sayı 50 milyon olan xristian icmasıdır: “Onlar Bibliya əfsanələrinə əsaslanaraq, İsraili dəstəkləyirlər və müqəddəs saydıqları kitabı belə təfsir edirlər ki, guya bütün dünya Hanaan torpağının İsrailə verilməsini qəbul etməlidir. Belə olarsa İsa Məsih tezliklə zühur edər və dünyada ədalət bərqərar olar. Yevangelistlər bu mövqelərini Bibliyada Allahın İbrahimlə sövdələşməsi, onun iki oğluna - İsmayıl və İshaqa müxtəlif nemətlər verməsi ilə əsaslandırırlar. Guya Allah İbrahimə və onun ailəsinə sərvətlər bəxş etməyi vəd edərək, İshaqın nəsli olan yəhudilərə Hanaan torpaqlarını - bugünkü İsrail və Fələstini vəd edib. İsmayıldan törəyən ərəblərə isə sərvət - neft verib və saylarını çoxaldıb. Ona görə, yəhudilər sayca az, ərəblər isə 250 milyondurlar.

Nəzakət Məmmədova ile ilgili görsel sonucu

2006-ci ildə İsrail Livanın cənubunda “Hizbullah”a qarşı müharibə aparanda ABŞ-dakı yevangelistlər Konqresdə İsrailin dəstəklənməsi üçün lobbiçilik etmişlər. Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasında yevangelistlərin çox böyük rolu olmuşdu. Sayı 50 milyon olan ABŞ yevangelistləri sayı 5 milyon olan Amerika yəhudilərilə yaxın müttəfiqdirlər və bunu “Möhtəşəm İttifaq” adlandırırlar.

Onların İsrail dövləti ilə də çox sıx əlaqələri var. Ərəblər isə onların bu yanaşmasını qəbul etmir, bildirirlər ki, İsrail Fələstində insanların əzabına səbəb olduğu üçün yəhudilər “Allahın lütfünə nail olmuş”, “seçilmiş” xalq ola bilməzlər.

ABŞ-dakı katoliklər də yevangelistlərin bu yanaşmasını qəbul etmirlər. Məhz Qüds məsələsində bu, özünü daha aşkar göstərdi: Pentaqondakı nüfuzlu katolik elita ilə Konqresə və Trampa təsir imkanları olan yevangelistlər və yəhudi lobbisinin mübarizəsi Qüdsün taleyini həll etdi. Bəzi məlumatlara görə, qırğılar düşərgəsində yer alan Trampın komandasındasında ona müxalif mövqedə olan Bolton və Pompeo iqtisadi sanksiyalarla İranın çökməyəcəyi təqdirdə bu ölkəyə qarşı hərbi müdaxilə strategiyası hazırlayıblar”.

Ekspert söyləyib ki, prezident Tramp şəxsən hər hansı bir ölkəyə, o cümlədən İrana hərbi müdaxiləni yolverilməz, iqtisadi baxımdan səmərəsiz hesab etsə də, komandasının təkidli tələbi və ya İranın Amerikanın körfəzdəki obyektlərinə hücumu onu buna vadar edə bilər: “Gördüyümüz kimi, ABŞ-da İrana birbaşa hərbi müdaxilədən tutmuş, rejim dəyişikliyi də daxil olmaqla, bir sıra strategiyaların tərəfdarları var. Lakin İraq və Əfqanıstanda bataqlığa yuvarlanan ABŞ İran timsalında üçüncünü istəmir və bu səbəbdən onun İrana birbaşa hücumu - quru qoşunları vasitəsilə müdaxiləsi tamamilə istisna edilə bilər. Eyni zamanda, hava və dəniz hücumu da regionu barıt çəlləyinə çevirə bilər. Bundan tək İran yox, ABŞ və bölgədəki müttəfiqləri - ilk növbədə İsrail zərər görə bilər. Çin, Rusiya kimi nəhəng qlobal miqyaslı rəqiblərlə müqayisədə İran ABŞ üçün birbaşa təhdid deyil və o, yalnız ABŞ-ın Yaxın Şərq planları, yeni dünya nizamı yolunda maneədir. Ona görə də, bütün gücünü Çinlə və Rusiya ilə savaşa yönəldən Vaşinqton, Tehranla hərbi müdaxilə kimi avantüraya çətin ki, baş qoşa”. \\Yeni Müsavat

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA