“ABŞ-KXDR sammiti fevralın sonunda keçiriləcək” - POMPEO

“ABŞ-KXDR sammiti fevralın sonunda keçiriləcək” - POMPEO

ABŞ-ın dövlət katibi Mayk Pompeo güman edir ki, Birləşmiş Ştatların prezidenti Donald Trampın Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla görüşü fevralın sonunda olacaq.

Bu barədə o, “Fox News” telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, sammit ayın (fevralın -red) sonunda olacaq, plan belədir”, – deyə Pompeo bildirib.

O, qeyd edib ki, ABŞ və Şimali Koreya bu məsələ ilə bağlı razılığa gəliblər.

Dövlət katibinin sözlərinə görə, rəsmi Vaşinqton öz nümayəndələrini sammitin keçirilməsi üçün Asiya ölkələrindən birinə göndərib./report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA