ABŞ 2 diplomatı ölkədən QOVDU

ABŞ 2 diplomatı ölkədən QOVDU

Hurriyyet.org xəbər verir ki, ABŞ Kubanın Nyu-Yorkdakı BMT missiyasında işləyən iki diplomatdan ölkə ərazisini tərk eləməyi tələb edib.

ABŞ Xarici İşlər Nazirliyinin açıqlamasında həmin diplomatların ABŞ əleyhinə fəaliyyətdə olduqlarının aşkar edildiyi bildirilir.

ABŞ XİN-in mtbuat katibi Morqan Ortaqus deyib: “Onlar diplomatik toxunulmazlıqdan sui-istifadə ediblər. ABŞ-ın milli təhlükəsizliyini təhdid edən hər bir cəhdi ciddiyyətlə qarşılayırıq və məkan toxunulmazlığından sui-istifadə edən başqa əməkdaşların olub-olmadığını araşdırırıq”.

Ortaqus indən belə Kubanın Nyu-Yorkdakı missiyasına xidmət edən bütün əməkdaşların ölkə daxilində səfərlərinin məhdudlaşdırıldığını, bu hüdudun BMT mərkəzinin yerləşdiyi Manhetten adasından kənara çıxmayacağını da sözlərinə əlavə edib.

Hurriyyet.org