ABŞ 60 gün möhlət verdi - PUTİN: “Cavabını verəcəyik”

  • 2018-12-05 17:55:36
  • |
  • Dünya /

ABŞ 60 gün möhlət verdi - PUTİN: “Cavabını verəcəyik”

Rusiya tərəfi müqaviləyə əməl eləmədiyi barəsindəki ittihamları rədd elədi

Hurriyyet.org xəbər verir ki, Rusiya XİN mətbuat katibi Mariya Zaxarova ABŞ-ın Rusiyanı “Orta Mənzilli Nüvə Qücü” sazişinə əməl eləmədiyi ilə bağlı ittihamlarını rədd edərək söyləyib: “Amerikanın bu mövqeyini təsdiq edən heç bir dəlil bizə təqdim edilməyib. Bu iddialar əsassızdır”.

ABŞ 60 gün vaxt qoydu

Zaxarova bildirib ki, ABŞ özünün Moskvadakı səfirliyi vasitəsilə Rusiya XİN-ə “Rusiya “Orta Mənzilli Nüvə Qücü” sazişi şərtlərinə əməl eləməyəcəyi təqdirdə, ABŞ tərəfi 60 gün sonra müqavilə ilə bağlı öhdəliklərini yerinə yetirməyi dayandıracaq” məzmunlu bir bəyanat təqdim edib.

Xəbər verdiyimiz kimi Rusiya prezidenti V.Putin Rusiyanın müqavilə ilə bağlı dialoq aparmağa hazır olduğunu vurğulamaqla yanaşı demişdi: “ABŞ-ın “Orta Mənzilli Nüvə Qücü” sazişindən imtina eləmək qərarı Moskva tərəfindən cavabsız qalmayacaqdır”.

ABŞ ilə Rusiya arasındakı ABŞ-ın “Orta Mənzilli Nüvə Qücü” sazişi 1987-ci ildə Vaşiqntonda imzalanmışdı. SSRİ və ABŞ arasında imzalanmış nüvə silahları sazişi tərəflərin 500-5500 kilometr mənzilə sahib nüvə və ənənəvi qurudan atılan ballistik və qanadlı raketlər əldə etməsini, istehsal etməsini və ya sınaqdan keçirməsini qadağan edir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA