ABŞ generalı Suriyada terrorçularla əl-ələ görüşür

  • 2019-07-23 16:55:01
  • |
  • Dünya /

ABŞ  generalı Suriyada terrorçularla əl-ələ görüşür

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri Türkiyədə səfərdə olduğu bir vaxtda, ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) 14-cü komandiri, ABŞ dəniz piyadalarının generalı Kennet Makkenzi Suriyada YPG/PKK rəhbərlərindən olan Fərhad Abdi Şahin ilə görüşüb.

Suriya Demokratik Qüvvələri (SDQ) adından istifadə edən YPG/PKK terror təşkilatının mətbuat nümayəndələrindən olan Mustafa Bali, “Tvitter” sosial şəbəkəsində CENTCOM komandiri general Makkenzi ilə ABŞ-ın lideri olduğu İŞİD-ə qarşı koalisiyanın nümayəndələrindən olan diplomat Vilyam Robakın Suriyada YPG/PKK işğalındakı əraziyə səfər elədiyini bildirib.

Paylaşılan fotolarda yüksək titullu amerikalıların SDQ yaraqlılarının komandiri, “Şahin Çilo” kod adlı Fərhad Abdi Şahin ilə göüşdükləri görünür.

Həm terrorçularla əməkdaşlıq edir, həm də Ankara ilə danışıq aparırlar

ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi Ceyms Ceffrinin Türkiyədə görüşlər keçirməyə başlamasına bir neçə saat qalmış amerikalı məmurların Suriyada YPG/PKK rəhbərliyi ilə görüşməsi diqqəti cəlb edib.

ABŞ Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Ceffrinin Ankarada son dövrdə Suriyda baş verən hadisələri və Türkiyənin təhlükəsizlik problemlərini müzakirə edəcəyi bildirilir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA