ABŞ admiralı Rusiyaya “hücuma keçməyə” çağırdı - "Zərbəni birinci endirməyin vaxtı çatıb..."

  • 2019-02-09 11:25:33
  • |
  • Dünya /

ABŞ admiralı Rusiyaya “hücuma keçməyə” çağırdı - "Zərbəni birinci endirməyin vaxtı çatıb..."

ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi-dəniz əməliyyatlarının komandanı, admiral Con Riçardson Amerika hakimiyyətini Rusiyaya “hücuma keçməyə” çağırıb.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Business İnsider” yazır.

Məlumata görə admiral bu barədə Atlantik Şurasında çıxışı zamanı deyib. NATO-nun keçmiş baş katibi Aleksandr Verşbou Riçardsondan Rusiyanın əsas dəniz yollarını ələ keçirməsinə qarşı ABŞ-ın nə edə biləcəyi haqda soruşub. “Biz birinci zərbə endirməliyik”-Riçardson bildirib.

Admiral deyib ki, Amerika tərəfi təkcə Rusiya və Çin kimi ölkələrin addımlarına necə cavab vermək barədə düşünməli deyil, özü birinci təzyiq etməlidir. Onun sözlərinə görə, rusları ABŞ-ın “birinci addımlarına” cavab verməyə məcbur etmək lazımdır.

“Zərbəni birinci endirməyin vaxtı çatıb. Vaxtaşırı olaraq şahmat taxtasının ağ tərəfində oynamaq üstünlüyə çevrilir”-o bildirib. Riçardson təsdiq edib ki, Rusiya Azov dənizini blokadaya alıb və Şərqi Aralıq dənizində hərbi iştirakını artırıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı