“ABŞ artıq Avropanı müdafiə etməyəcək” – Merkeldən sensasion açıqlama

“ABŞ artıq Avropanı müdafiə etməyəcək” – Merkeldən sensasion açıqlama

“ABŞ artıq avtomatik olaraq Avropanı müdafiə etməyəcək”.

Hurriyyet.org xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel Bundestaqda (parlament) çıxışı zamanı deyib.

“Avropa və ABŞ bir-birinə müəyyən dəyərlərə bağlıdır. Ancaq artıq avtomatizm yoxdur ki, onlar Avropanın müdafiəçisi rolunu oynasınlar”, - kansler vurğulayıb.

Merkel onu da əlavə edib ki, Avropanın öz təhlükəsizliyini təmin etmək üçün indi daha ciddi töhfəyə ehtiyacı var./Teleqraf.com /