ABŞ Ben Ladenin oğlunun “başına” mükafat qoydu - 1 MİLYON DOLLAR

  • 2019-03-01 11:08:03
  • |
  • Dünya /

ABŞ Ben Ladenin oğlunun “başına” mükafat qoydu - 1 MİLYON DOLLAR

Amerika Birləşmiş Ştatları əl-Qaidə terror qruplaşmasının keçmiş lideri Usama Ben Ladenin oğlu Həmzə barədə məlumat verən şəxsə bir milyon dollar mükafat veriləcəyini elan edib.

Bu barədə BBC məlumat yayıb.

ABŞ Dövlət Departamenti Həmzə Ben Ladenin terrorçu qruplaşmanın yeni rəhbəri olacağından ehtiyat edir.

Son bir neçə ildə o, müxtəlif səs və videoyazılar yayaraq, tərəfdarlarını ABŞ və onun Qərb ölkələrindən olan müttəfiqlərinə hücumlar həyata keçirməyə, atasının qisasını almağa çağırıb.

Qeyd edək ki, Birləşmiş Ştatların xüsusi təyinatlı dəstəsi qaçaq düşmüş keçmiş əl-Qaidə lideri Ben Ladeni 2011-ci ildə Pakistanda qətlə yetirib.

Ben Laden üç mindən çox insanın həyatına son qoymuş 11 sentyabr terror aktını təşkil etməkdə təqsirli bilinir.

Hazırda 30-a yaxın yaşı olan oğlu iki il əvvəl ABŞ tərəfindən rəsmi olaraq terrorçu elan olunub.

Onun 11 sentyabr terror aktında istifadə olunan dörd təyyarədən birini qaçırmış Məhəmməd Attanın qızı ilə evləndiyi bildirilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA