“ABŞ bizi bəhanə edərək dinc əhalini qırır” - TALİBAN

  • 2019-09-11 14:52:25
  • |
  • Dünya /

“ABŞ bizi bəhanə edərək dinc əhalini qırır” - TALİBAN

“ABŞ ilə razılaşmışdıq, amma...”

Hurriyyet.org xəbər verir ki, Talibanın Qətərdəki mətbuat nümayəndəsi Süheyl Şahin ABŞ prezidenti Donald Trampın Taliban təşkilatı ilə sülh danışıqlarını dayandırmasına etirazını bildirərək deyib: “Bir ilə yaxındır ki, ABŞ nümayəndələri ilə Taliban arasında davam edən sülh danışıqları sona yaxınlaşırdı. Sülh məsələsində ABŞ ilə razılaşma əldə eləmişdik, razılaşma mətninin imzalanma tarixi də müəyyənləşdirilmişdi. Sona yaxınlaşan zaman Trampın açıqlaması bizi də heyrətləndirdi”. ABŞ-ın Talibana qarşı hava hücumlarını davam etdirdiyini nəzərə çatdıran Şahin atəşkəsin əldə edilmədiyini və döyüşməyə davam edəcəklərini bildirib: “ABŞ Talibana qarşı hücum eləmək bəhanəsi ilə dinc əhalini qətlə yetirir, bizlər bu hücumların qarşısında səssiz qalmalıyıq?”

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA