ABŞ bu ölkəyə hücuma hazırlaşır - 58 il sonra yenidən işə düşən PLAN

  • 2019-04-19 13:54:19
  • |
  • Dünya /

ABŞ bu ölkəyə hücuma hazırlaşır - 58 il sonra yenidən işə düşən PLAN

ABŞ Venesuelada Maduroya qarşı həyata keçirdiyi çevriliş planını Kubaya da tətbiq etməyə hazırlaşır.

Hurriyyet.org
publika.az-a istinadən xəbər verir ki, beynəlxalq ekspertlər Venesuela, Kuba və Nikaraquaya qarşı yeni sanksiyaların hədəfinin bu olduğunu hesab edirlər.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bunu elan etməkdən şad olduğunu, adıçəkilən ölkələrin mərkəzi banklarına qarşı sanksiyaların tətbiq olunduğunu, həmçinin, səfər qadağasını qoyulduğunu elan edib.

Diqqət çəkən məqam sanksiyaların 17 apreldə - 1961-ci ildə Kubaya müdaxilənin 58-ci ildönümündə elan edilməsidir.

Kuba xarici işlər naziri Bruno Rodrigez bildirib ki, ABŞ-ın bu addımı uğursuzluqla nəticələnəcək.

“Eynilə “Donuzlar körfəzi”ndəki kimi bunun da qarşısını alacağıq. ABŞ yenə məğlub olacaq”, - deyə o bildirib.

1961-ci ilin 17 aprelində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) təlim keçdiyi kubalılardan ibarət 500 nəfərlik birlik Fider Kastronu devirmək üçün “Donuzlar körfəzi”ndə hücum etmişdi. Lakin 3 gün davam edən hücum uğursuzluqla nəticələndi.

Fransa maliyyə naziri Bruno Le Marie isə ABŞ-ın Kubaya tətbiq edəcəyi sanksiyalara qarşı Avropa İttifaqının etiraz edəcəyini açıqlayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA