“ABŞ bütün seçkilərdə etdiyini təkrarladı”

  • 2019-04-05 16:43:14
  • |
  • Region /

“ABŞ bütün seçkilərdə etdiyini təkrarladı”

Hurriyyet.org xəbər verir ki, türkiyəli jurnalist Metehan Demir “Kanal 24”-də efirə gedən “Moderator gecə” verilişinə telefonla qoşularaq, ABŞ XİN mətbuat katibi Pobert Polladinonun Türkiyədəki bələdiyyə seçkiləri ilə bağlı çıxışını aparıcı Ardan Zentürk ilə birlikdə şərh edib. Pollandinonun təhdidvari açıqlaması ilə bağlı Demir belə deyib: “Hər seçkidə etdiklərini bir daha təkrarladılar”.

“Moderator gecə” verilişində telefonla iştirak edərək Ardan Zentürkün suallarına cavab verən Metehan Demir ABŞ-ın təhdidvari seçki açıqlamaları barəsində fikrini bildirib. Türkiyədə demokratiyanın güclü olduğunu bildirən Demir seçkilərin azad və ədalətli şəkildə həyata keçirilməsinə rəğmən, ABŞ və Avropanın mənfi mövqe sərgilədiyini bildirib.

Demir, əcnəbi dövlətlərin Türkiyəni həssas nöqtələrinə qarşı çalışaraq bir düşərgə, qütbləşmə yaratmağı arzuladıqlarını bildirib, xaricdən gələn açıqlamalardan mədəd ummağı mənfi hal kimi qiymətləndirib. O, siyasi rəqabətin milli ünsürlər arasında aparılmasının lazım gəldiyini bildirib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA