ABŞ daha bir ölkənin S-400 almasını təhdidlə qarşıladı! - Türkiyəni nümunə göstərdilər

  • 2019-06-11 16:36:24
  • |
  • Dünya /

ABŞ daha bir ölkənin S-400 almasını təhdidlə qarşıladı! - Türkiyəni nümunə göstərdilər

Hurriyyet.org xəbər verir ki, ABŞ XİN-n yüksək vəzifəli, adının açıqlanmasını istəməyən əməkdaşı Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almaması üçün Hindistana qarşı təhdidlər səsləndirib. O deyib: “NATO müttəfiqimiz Türkiyə ilə aramızda baş verməkdə olan çox ciddi çəkişməyə baxın. Hindistanın S-400 sistemlərini satın alacağı təqdirdə, bu ölkə də eyni vəziyyətlə qarşılaşacaq”.

Hindistanın “Press Trust of India” informasiya agentliyinin yazdığı xəbərə görə, anonim qalmasını istəyən mənbə bir qrup hind jurnalistə açıqlamasında Yeni Dehli hakimiyyətinin rəsmi Moskva ilə S-400 sövdələşməsinin ABŞ-Hindistan hərbi əməkdaşlaşlığına mənfi təsir göstərəcəyini bildirib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA