“ABŞ Danimarkadan Suriyada YPG yaraqlılarına təlim keçməsini tələb edir”

  • 2019-07-10 17:34:14
  • |
  • Dünya /

“ABŞ Danimarkadan Suriyada YPG yaraqlılarına təlim keçməsini tələb edir”

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Danimarkadan Suriyaya hərbçi göndərməsini və PKK terror təşkilatının Suriyadakı şaxəsi olan PYD/YPG yaraqlılarına təlim keçməsini tələb elədiyi bildirilir.

Danimarkanın nüfuzlu qəzetlərindən olan “Politiken”də dərc edilən xəbərdə ABŞ-ın Damiarkadan Suriyaya hərbçi göndərməsini və PKK-nın Suriyadakı şaxəsi olan PYD/YPG' təşkilatının üzvlərinə təlim keçilməsini tələb elədiyi yazılıb.

Xəbərdə ABŞ-ın bu tələbinin Danimarka Parlamentinin Xarici Siyasət Komissiyasında da müzakirə edildiyi, Danimarkada ötən ay vəzifə başına keçmiş yeni hökumətin Türkiyə ilə ABŞ arasında seçim qarşısında qaldığı üçün çətin bir dövrün astanasında olduğu bildirilib.

Xəbərdə Danimarkanın Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin də məsələ ilə bağlı şərh vermədiyi bildirilir, Danimarkanın ABŞ-ın tələbinə necə cavab verəcəyi ilə bağlı heç bir məlumat verilmir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA