ABŞ Dövlət Departamentindən Qarabağ AÇIQLAMASI

ABŞ Dövlət Departamentindən Qarabağ AÇIQLAMASI

ABŞ əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsi tərəflərinə problemin dinc həlli yollarının axtarışına kömək etməyə sadiqdir.

Hurriyyet.org xəbər verir ki, bu barədə Trend-ə ABŞ Dövlət Departamentindən bildiriblər.

Dövlət Departamentindən ATƏT-in Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatına əsaslanaraq qeyd olunub ki, Birləşmiş Ştatlar həmsədr kimi, tərəflərə Dağlıq Qarabağ münaqişəsinin dinc və davamlı həlli yollarını tapmağa kömək etmək işinə sadiq olaraq qalır.

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA