ABŞ dövlət katibi Səudiyyə Ərəbistanında səfərdədir - İRANA QARŞI KOALİSİYA QURULUR?

ABŞ dövlət katibi Səudiyyə Ərəbistanında səfərdədir - İRANA QARŞI KOALİSİYA QURULUR?

Hurriyyet.org xəbər verir ki, ABŞ xarici işlər naziri Mayk Pompeo hazırda Səudiyyə Ərəbistanında səfərdədir. Ölkənin “Əl Arabiya” telekanalının məlumatına görə, Pompeonun Ciddədə kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşəcəyi gözlənilir.

Pompeo “İrana qarşı qlobal koalisiya” üçün Yaxın Şərqdədir

Bundan əvvəlki açıqlamasında Səudiyyə Ərəbistanından sonra Birləşmiş Ərəb Əmirliklərinə gedəcəyini bildirən Pompeo bu səfərlərdə “İrana qarşı qlobal koalisiya” yaratmaq məsələsini müzakirə edəcəyini bildirmişdi.

Pompeo demişdi: “Onlarla (Səudiyyə və BƏƏ) strateji olaraq hansı mövqe tutduğumuz və sadəcə Körfəz ölkələrinə yox, Asiya və Avropada da (İrana qarşı) qlobal bir koalisiyanı necə inşa edəcəyimiz barəsində danışacağıq”.

Hurriyyet.org