“ABŞ dürüstlük və əxlaq böhranı içərisindədir” - SABİQ NAZİR

“ABŞ dürüstlük və əxlaq böhranı içərisindədir” - SABİQ NAZİR

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın keçmiş xarici işlər naziri Reks Tillerson ABŞ cəmiyyətinin və liderlərinin “getdikcə dərinləşən əxlaq və dürüstlük böhranına” düşdüklərini deyib.

Tillerson Virciiyadakı Hərbi İnstituda iştirak elədiyi məzuniyyət mərasimdəki çıxışı zamanı deyib: “Liderlərimiz həqiqəti gizləməyə çalışsalar da, biz xalq olaraq, artıq həqiqətə əsaslanmayana alternativ həqiqətləri qəbul ediriksə, o zaman ABŞ vətəndaşları olara azadlığımızdan imtina eləmək yoluna qədəm basmış olarıq. Amerika xalqı azad insanlar olaraq ən əhəmiyyətsiz görünən məsələdə belə həqiqətdən uzaqlaşdığı zaman, amerikalılar olara cəmiyyətdəki əxlaq və dürüstlük böhranının qarşısını almasalar, Amerika demokratiyası özünün qaranlıq illərinə daxil olacaq”.

Hurriyyet.org

Loading...

QALEREYA