ABŞ əsgərlərinin öldürüldüyü tunel - FOTOLAR

ABŞ əsgərlərinin öldürüldüyü tunel - FOTOLAR

Vyetnamda dünya tarixinin ən gərgin partizan döyüşlərinin getdiyi və ən çox ABŞ əsgərlərinin öldürüldüyü yeraltı tunellər hazırda turistlərin böyük axınına məruz qalıb.

Hurriyyet.org xəbər verir ki, “Çu Çi” adlandırılan tunellər 8 il davam edən Vyetnam müharibəsi zamanı 10 minə qədər əsgərin partizan hərəkatında iştirakını təmin edib.

Tunellır xırda cüssəli vyetnamlıların ölçülərinə uyğun şəkildə hazırlanıb. “Çu Çi”nin bir digər özəlliyi isə axar su mənbələrinə qaçmaq üçün xüsusi yolların olmasıdır. Tikintisinə 1940-cı ildə başlanılan və uzunluğu təxminən 200 kilometrə bərabər olan tunellər yalnız 25 il sonra hazır olub. Tunellərin daxilində həmçinin 1.5 metr hündürlüyündə, 3 metr enində və 4 metr uzunluğunda otaqlar yer alıb.

Tunelləri xaricdən görə bilmək demək olar ki, imkansız olub. Girişləri yarpaqlarla örtülüb, havalandırma boruları qarışqa yuvalarının daxilində gizlədilib və içəri zəhərli qaz verilməsi halında tələfatı minimuma endirmək üçün laylara bölünüb.

Tunellərin girişlərini gizlətmək üçün çox sayda gizlin tələlər quraşdırılıb. ABŞ aviasiyasının şiddətli bombardmanlarına baxmayaraq partizanlar mübarizəni davam etdirib. ABŞ partizanlara qarşı alçaqboylu hərbçilərindən ibarət “Tunel siçanı” adlı könüllü dəstə yaratsa da, onların da əksər hissəsi məhv edilib./ axar.az/

Loading...

QALEREYA