ABŞ GƏMİLƏRİ RAHAT GƏZMƏYƏCƏK

  • 2019-04-15 12:57:00
  • |
  • Dünya /

ABŞ GƏMİLƏRİ RAHAT GƏZMƏYƏCƏK

Hurriyyet.org xəbər verir ki, Amerikanın “Foreign Policy” (Xarici Siyasət) jurnalı, ABŞ prezidenti Donald Trampın terror təşkilatları siyahısına saldığı İran İnqilabı Keşikçilər Korpusunun çox qüdrətli olduğunu və Amerikadan intiqam almaq istəyəcəyi təqdirdə bir çox variantın mümkün olduğunu yazıb.

İlk cavab tədbiri CENTCOM-un (ABŞ Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının operativ məsuliyyət sahəsinə Yaxın Şərq, Şərqi Afrika və Mərkəzi Asiya daxildir – red.) da terror təşkilatları siyahısına salınması oldu. Bundan başqa, indən belə ABŞ gəmilərinin Bəsra və Ədən körfəz ilə Oman dənizində dinc şəkildə üzə bilməyəcəkləri mümkündür – İran əngəl ola bilər.

ABŞ-ın təyyarə gəmisi gəlir

ABŞ-ın “Abraham Linkoln” adlı təyyarə gəmisi dünən Cəbəlüttariq boğazından keçərək, Aralıq dənizinə daxil olub. Gəminin Şərqi Aralıq dənizinə doğru irəliləyərək Qırmızı dənizə daxil olması, oradan da Oman dənizindən keçərək Cənubi Çin dənizinə doğru irəliləməsi gözlənilir. Gəminin Bəsra körfəzinə daxil olub-olmayacağı isə hələ bəlli deyil. İran donanması isə hər hansı bir təyyarə gəmisinin Bəsraya daxil olmasının əleyhinədir. Ötən il ABŞ-ın “USS Harry S. Truman (CVN-75)” adlı təyyarə gəmisinin ABŞ hərbi gəmi qrupuna başçılıq edərək, Bəsra körfəzinə daxil olduğu zaman, İran İnqilabı Keşikçilərinə məxsus 30 ədədə yaxın gəmi onları müşaiət edərək, gəmi qrupunun yaxınlığına raket atmışdır. İran, ABŞ-ın hərb gəmisi həmləsinə qarşı Bəsra Körfəzində genişmiqyaslı təlim keçirmişdi.

İran təyyarə gəmisini batıra bilərmi?

Hörmüzd boğazı Bəzra körfəzinə giriş üçün təbii bir keçid məntəsidir. Kanalın ən dar məntəqəsi iyirmi bir mil, nəqliyyat zolağı isə təqribən iki mil enindədir. Dəniz zolağının hə iki tərəfində də iki millik bufer zonaları vardır. Bu dar boğaz Tehranın əcnəbi dəniz qüvvələrini dayandırması üçün ideal şərait yaradır.

“Millennium Challenge 2002” (ABŞ-ın 2002-ci ildə keçirdiyi “Minilliyin çağırışı” təlimi) təliminin də göstərdiyi kimi, İran Dəniz Qüvvələri ABŞ Donanmasına həqiqi zərər vermək üçün kiçik əməliyyat gəmilərindən toplu halda istifadə edə bilər. Həqiqətən də, İnqilan Keşikçiləri 9-cu “Əzəmətli Peyğəmbər” təlimlərində Hörmüzd boğazındakı hərbi toqquşmanı məşq etmişdilər.

İranın Hörmüzd boğazından keçən yolu kəsmək üçün ən təsirli və sınaqdan çıxmış silahı dəniz minalarıdır. II Dünya Müharibəsindən bəri batan 19 ədəd ABŞ gəmisinin çoxunu – 15 ədədini dəniz minalarının batırdığı qeyd olunur.

1991-ci ildəki Körfəz Müharibəsi zamanı İraqın döşədiyi dəniz minaları ABŞ donanması üçün çətin problem idi. İraqın minaları eyni gündə milyardlarla dollar qiyməti olan Aegis USS Princeton (CG 59) kreyseri ilə USS Tripoli (LPH-10) son nəsil amfibiya gəmisini zədələmişdi. Minaların birinin qiyməti isə 25 min dollardan daha ucuz idir.

Yəni ABŞ donanması üçün əsl təhlükə İranın raketləri deyil, dəniz minaları ola bilər.

İran Dəniz Qüvvələri

İran İslam Respublikasının Silahlı Qüvvələri Ordu ilə İran İnqilabı Keşikçiləri Korpusundan ibarətdir. İran Dəniz Qüvvələri həm orduda (25 min dənizçi), həm də İnqilab Keşikçiləri Korpusunda (23 min dənizçi) yer tutur.

İran Deniz Kuvvetleri, hazırda Bəsra və Oman körfəzləri ilə Xəzər dənizi olmaqla iki bölgədə yerləşiblər. “Ada tipli” hərbi dəniz bazalarının hamısı İran İnqilabı Keşikçiləri Korpusunun idarəsi altındadır.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA