“ABŞ hərbçiləri türk uşaqları satın alıb ölkələrinə göndərdi” İDDİASI

“ABŞ hərbçiləri türk uşaqları satın alıb ölkələrinə göndərdi” İDDİASI

Hurriyyet.org xəbər verir ki, amerikalı hərbçilərin türk ailələrin uşaqlarını satın alıb apardıqları, adlarını və dinlərini dəyişdirdikləri ortaya çıxdı. Bərbəroğlu qardaşlarının dramından xəbər tutan region xalqı inanılmaz açıqlamalar veriblər.

Adanada iki uşağın kiçik yaşda ikən İncirlik bazasında xidmət edən amerikalı hərbçilərə pul qarşılığında satıldıqları aşkara çıxıb. Bundan sonra İncirlikdəki vətəndaşlar dəhşətli məlumatlar veriblər: “Amerikalı hərbçilər pul qarşılığında çox sayda uşaq satın alıb, ölkələrinə apardılar. Mənim qızımı da istədilər, vermədim”.

“Sanki dükandan alırdılar”

1953-cü ildə qurulan İncirlik bazasında amerikalı hərbçilərin türk ailələrinin uşaqlarını satın alıb, ABŞ-a apardıqları, uşaqların adını və dinini dəyişdirdikləri aşkara çıxıb. Xədicə-Seçil Bərbəroğlu bacılarının dramı “Sabah” qəzetində dərc ediləndən sonra 40 il ərzində İncirlikdə yaşadığını bildirən Mahmur Açar da xəbəri təsdiqləyib: “Amerikalı hərbçilərin türk uşaqlarını satın aldıqları xəbəri doğrudur. Amerikalılara övladlıq verən ailələrin sayı çoxdur. Bir tanışım qızını da, oğlunu da amerikalılara verib. Bir müddət sonra öldü. Sanki dükanda alış-veriş edirmiş kimi pul qarşılığında ailələrdən istəyirdilər”.

“Məndən qızımı istəyiblər”

İncirlik bazasında cidmət edən amerikalının bir qadının evinə gəlib, o vaxt yaşyarımlıq qızını ərindən satın almaq istədilərini deyən Mahmud Açar söyləyib: “Xanımım mənə qızımı satın almağa gəldiklərini söylədi. O an beynindən vurulmuş kimi oldum Bir insan övladını necə satar? Dünyanı versələr, övladı satmaq olarmı? Övladını satan insanın dəli olması lazımdır”.

“Ailələri araşdırırdılar”

Uzun illər İncirlik bazasının girişində taksi sürücüsü işlədiyini söyləyən 65 yaşlı Əli Aslan da, amerikalı hərbçilərin türk ailələrdən satın almalarını çox eşitdiklərini söyləyib: “Xüsusilə də yoxsul ailələri seçib, uşaqlarını satın alırdılar. İncirlik bazasında işləyən türklər, yaxud da İncrliyə yaxşı bələd olan amerikalı qadın məhəllədə kimin maddi vəziyyətinin pis olduğunu araşdırır, ondan sonra ailələrin yanına gedib uşaqlarını alırdılar”.

Adının çəkilməsini istəməyən bir vətəndaş isə deyib: “1980-90-cı illərdə amerikalı hərbçilər buradan bir çox türk uşağını Amerikaya apardılar. Hətta bir gənc qız da atasız uşağını amerikalılara satmışdı. Lakin hazırda belə hallar olmur”.

Hurriyyet.org

Loading...

QALEREYA