ABŞ İDARƏÇİLİYİNDƏ PARÇALANMA: Tramp qərarların qəbulunda "8-lər qrupu"nu kənara qoyub - TƏHLİL

  • 2019-01-21 18:31:07
  • |
  • Dünya /

ABŞ İDARƏÇİLİYİNDƏ PARÇALANMA: Tramp qərarların qəbulunda "8-lər qrupu"nu kənara qoyub - TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 21 yanvar 2019-cu il

ABŞ-ın dövlət strukturunda “8-lər qrupu” (“Gang of Eight”) kimi tanınan, dünya mətbuatında, demək olar ki, müzakirə olunmayan çox önəmli bir qrup var.

Əgər rəsmi dövlət strukturları ilə “dərin dövlət” strukturu arasında bir əlaqə yaradılması lazım olarsa, bunu ancaq “8-lər qrupu” təmin edə bilər.

Deyək ki, Suriyada çox gizli bir əməliyyatın keçirilməsi haqqında qərar alınmalıdır. Bu haqda əmri, təbii ki, Prezident verməlidir, lakin o, alacağı bu qərarı öncə dövlət daxilindəki bu “8-lər qrupu” ilə paylaşmalı və müzakirə etməlidir. Çünki “dərin dövlət” strukturlarının nəzarətdən çıxmaması, dövlətin nəzarətində qalması indiyədək ancaq bu şəkildə təmin edilirdi.

Ona görə də, bu 8 vəzifəli şəxs prezident qədər məxfi informasiyaya giriş izninə sahib güclü insanlardır.

“8-lər qrupu” kimlərdən ibarətdir?

Bu 8 adamlıq qrup aşağıdakı vəzifəli şəxslərdən təşkil olunur:

– Senatın sədri (respublikaçı);

– Senat sədrinin müavini (demokrat);

– Senatın Kəşfiyyat Komitəsinin sədri (respublikaçı);

– Senatın Kəşfiyyat Komitəsinin sədr müavini (demokrat);

– Nümayəndələr Palatasının sədri (demokrat);

– Nümayəndələr Palatası sədrinin müavini (respublikaçı);

– Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri (demokrat);

– Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədr müavini (respublikaçı).

Əvvəllər hər bir partiyadan 4 vəzifəli şəxs olmaqla təşkil edilən bu qrupda üzvlər ən həssas dövlət məsələlərilə bağlı birlikdə qərar alaraq, Prezidentə yardımçı olurdular. Beləliklə, həm rəsmi, həm də “dərin dövlət”də nizam təmin edilirdi.

Nizam tamamilə pozulub

Ancaq Prezident Tramp dövründə, respublikaçılarla demokratlar, demək olar ki, düşmən halına gəldiyinə və Nümayəndələr Palatasını ələ keçirən demokratlar sadəcə Trampa mane olmaq, onu durdurmaq üçün çalışdıqlarına görə, – ən həssas, gizli qərarlar artıq dövlət ciddiyyətilə müzakirə edilmədən alınır.

Durum belə olduğuna görə, “dərin dövlət” fraksiyaları başsz qalıb və hər fraksiya öz bildiyi kimi hərəkət edə bilir.

Bu nizamsızlıq səbəbindən ortaya təhlükələrə son dərəcə açıq hadisə və proseslər çıxa, artıq ABŞ-ın nəzarətsiz, bir-birinə paralel və ziddiyyətli xarici əməliyyatlar aparması mümkün ola bilir.

Nəzarətsiz qalan fraksiyalar bir-birinə zidd olan hədəflərə yönəlik əməliyyatları, Suriyada olduğu kimi, eyni anda həyata keçirə bilirlər.

Tərcümə Strateq.az-ındır

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA