ABŞ ilə Çin arasındakı ticarət müharibəsi dünyadakı balansı alt-üst edəcək - ŞOK İDDİA

ABŞ ilə Çin arasındakı ticarət müharibəsi dünyadakı balansı alt-üst edəcək - ŞOK İDDİA

Hurriyyet.org xəbər verir ki, Amerika mətbuatında, 2017-ci ildə ticarət rekordu əldə edən Çinin qarşısını almaq istəyən ABŞ-ın ticarət müharibəsinə səbəb olacağı bildirilib. Bu barədə “Wall Street Journal” nəşri yazıb. Xəbərdə Ağ Evin çinin ixracatlarına qarşı xüsusi məhdudiyyət “silahları” hazırladığı deyilir.

“Titanların müharibəsi”

2017-ci ildə ticarətdə ABŞ-ı keçərək rekord əldə edən Çinin daha da vüsət ala biləcəyini yazan qəzet, iki tərəf arasında baş verə biləcək ticari qarşıdurmanı “Titanların müharibəsi” adlandırıb.

Ehtimal edilən ticarət müharibəsini 1980-ci illərdə Yaponiya istehsalı olan televiziya və avtomobillərə qarşı hərbə bənzədən qəzetdə yazılıb: “Belə bir şey dəqiq olmasa da, həyata keçirilə biləcəyi təqdirdə, 1980ci illərdə Yaponiya istehsalı olan televiziya və avtomobillərə qarşı müharibəyə bənzəyə bilər. Lakin bu dəfə qüvvələr daha da balanslıdır. Çünki ABŞ əvvəllər heç vaxt iqtisadiyyatının böyüklüyü, sənaye bacarıqları və qlobal iddiaları baxımından Çin kimi nəhəng rəqiblə qarşı-qarşıya gəlməmişdi. Yaponiya ABŞ-ın müttəfiqi idi, Çin isə getdikcə daha çox rəqib mövqeyinə gəlməkdədir. Bu da “qisasa-qisas” gərginliyi yarada bilər. Xüsusilə də, ABŞ-dakı siyasi və işgüzar dairələrdə Pekini dəstəkləyənlərin artmasından sonra”.

“Dünya ticarəti alt-üst olar”

Məqalədə Şimali Koreyanın nüvə silahı təhdidindən sonra Çin ilə ABŞ arasındakı ticarət müharibəsinin dünya iqtisadiyyaatını alt-üst edəcəyi bildirilir: “Belə bir ticarət müharibəsindən iki rəqib tərəfdən savayı, kənarda qalanlar da təsirlənəcəklər. ABŞ-ın müttəfiqləri zərərə düşənlər arasında birinci olacaqlar. Bu müharibə daha da kəskinləşərsə, dünyanın ticarət nizamını məhv edə bilər”.

Hurriyyet.org

Loading...

QALEREYA