“ABŞ ilə müzakirə masasında oturmaq zəhər içmək kimidir” - XAMANEİ

  • 2019-05-15 12:30:52
  • |
  • Dünya /

“ABŞ ilə müzakirə masasında oturmaq zəhər içmək kimidir” - XAMANEİ

Hurriyyet.org xəbər verir ki, İranın dini lideri ayətullah Xamanei ABŞ-ın bölgədə hərbi gücünü qüvvətləndirməsinə münasibətini bildirərək deyib: “ABŞ ilə müharibə olmayacaq. Bu ölkə ilə müzakirə masasında oturmaq da zəhər içmək kimidir”.

Ölkə idarəçilərinin iştirak elədiyi iclasda çıxış edən Xamanei deyib: “ABŞ ilə müharibə olmayacaq. Nə biz müharibə istəyirik, nə də onlar. ABŞ müharibənin onun üçün xeyirli olmayacağını bilir. Bir toqquşma olacaqsa, bu iradələr toqquşması olacaq və bizim iradəmiz onlardan çox güclüdür. İran millətinin yeganə seçimi ABŞ-a müqavimət göstərməkdir və ABŞ geriyə addım atmağa məcbur olacaq”.

Ağ Ev iqtidarının müzakirə təklifini “zəhər içməyə” bənzədən Xamanei deyib: “Heç bir ağıllı iranlı üstün olduğu məsələlərdə sövdələşməyə getməz. ABŞ bizim güclü cəhətlərimizi müzakirə eləmək istyir. Beləliklə, sabah bizi vurduğu zaman bizim onların bazalarını vuracaq mənzildə raketlərimizin olmasını istəmir”.

“Heç kim ABŞ-ın görünüşündən qorxmasın”

Xamanei deyib: “Heç kim ABŞ-ın görünüşündən qorxmasın, bu, böyük bir xəta olar. Supergüclər işlərini haray-həşit qoparmaqla irəli aparırlar. Lakin həqiqi gücləri çox azdır”.

Körfəz ölkələrini tənqid edib

Adlarını çəkmədən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə işarə vuran Xamanei deyib: “İran (Bəsrə) Körfəzi ətrafındakı Harunların sərvətində də qorxmamalı. Bizə qarşı milyardlarla dollar xərclədilər, lakin heç nə edə bilmədilər”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA