ABŞ ilə Türkiyə arasında S-400 MƏSƏLƏSİ

  • 2019-05-22 16:29:28
  • |
  • Aktual /

ABŞ ilə Türkiyə arasında S-400 MƏSƏLƏSİ

Hurriyyet.org xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın iftar süfrəsində jurnlistlərə açıqlamalar verib. Müdafiə naziri Akar Rusiyadan S-400 sistemlərinin alınması ilə bağlı ABŞ ilə aparılan danışıqlar barəsində bunları söyləyib: "Amerikalılar “No deal is a done deal” (Heç bir razılaşma bitmiş deyil) deyirlər. Biz də deyirik ki, “Done deal” (Razılaşma bitmişdir). Onlar heç bir müqavilənin, heç bir sövdələşmənin bitmiş olmadığını deyirlər. Ümidlərini bildirirlər”.

Akar deyib: “Türkiyə Respublikasının ölkəsi və milləti ciddi bir hava hücumu və raket təhdidi altındadır. Hərbi faktlara əsaslanırıq. 82 milyon insanımızı qorumaq və müdafiə eləmək üçün hava hücumundan müdafiə sistemi qurmaq ehtiyacımız göz önündədir. Sağ olsun, NATO-nun baş katibi bunu hər səfər söyləyir. Bu müdafiə sistemi heç kimi təhdid eləmir. Biz heç kimin ərazisinə bu sistemlə hücum eləməyəcəyik. Ölkəmizə bir raket atılarsa, təyyarə hücumu olarsa, bu sistem bizi qoruyacaq. Buna heç kim şübhə eləməməlidir. Yeganə məqsədimiz ölkəmizi və xalqımızı müdafiə eləməkdir. 90-cı illərdən bəri axtarışlarımız davam edir. Türkiyə artıq bazar deyil, bazar olmaqdan bezdik. Bunun üçün ortaqlıq, əməkdaşlıq axtarırıq. Çin, Rusiya, Avropa, ABŞ. Bu ölkələrlə danışıqlar aparıldı. Hazırda müsbət cavab verən Rusiyadır. Bu cavabın əsasında Rusiya ilə danışıqlar aparıldı və razılaşma imzalandı. Möhtərəm prezidentimizin dəfələrlə söylədiyi kimi, bu iş bitdi. İmzalandı və bitdi”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA