ABŞ ÇİNƏ QARŞI “VA-BANK” GEDİR! – Qazaxıstanda çevriliş cəhdi baş tuta bilərmi?

  • 2019-09-12 10:17:57
  • |
  • Dünya /

ABŞ ÇİNƏ QARŞI “VA-BANK” GEDİR! – Qazaxıstanda çevriliş cəhdi baş tuta bilərmi?

Ağ Evin artan aqressivliyinin təzahürlərindən biri də Qazaxıstandakı son hadisələrdir. Sentyabrın 2-dən başlayaraq, burada Çinə qarşı yönəlmiş, əsas etibarilə, Qazaxıstanın iqtisadi inkişafında bu dövlətin iştirakına qarşı mitinqlər keçirilir. Mitinq iştirakçıları prezident Qasım-Comərd Tokayevin Pekinə təyin olunmuş səfərinin ləğvini və 55 birgə layihə üzrə Çinlə əməkdaşlığa son verilməsini tələb edirlər.

Aydındır ki, bu «kortəbii» etiraz aksiyasının vaxt etibarilə Honkonqdakı analoji insidentlərlə üst-üstə düşməsi təsadüf sayıla bilməz. Bu, ondan xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) xüsusi xidmətləri vəziyyəti Çinin özündə və Çinin maraqları olan digər ölkələrdə «laxlatmağa» keçiblər. Heç bir şübhə yeri yoxdur ki, Vaşinqtonun belə siyasəti sözügedən bölgədəki xalqlara inqilablar, qurbanlar və digər saysız-hesabsız fəlakətlər vəd edir.

Tarixi təcrübə göstərir ki, belə situasiyalarda Qərb hərbi qarşıdurma yolu ilə qələbə qazanmağın mümkün olmadığı şəraitdə və ya qarşıdurmanın böyük itkilərlə nəticələnəcəyi etimalının yüksək olduğu şəraitdə «B» planına start verir. Başqa sözlə, bu dövlətlərin elitası daxilində elə güclər axtarıb tapır ki, olar ABŞ-ın maraqlarını öz xalqının maraqlarından üstün tuturlar. Bir qədər də sadə dildə ifadə etsək, Qərb «yaşıl kağız»a satılmaq «qabiliyyət»ində olanları axtarıb tapır…

Qazaxıstan artıq çoxdandır ki, Çinlə müxtəlif istiqamətlərdə qarşılıqlı fəaliyyət göstərir. Kifayət qədər böyük əraziyə malik olan bu ölkənin müxtəlif bölgələrində minlərlə insanı bürüyən qəfləti qıcıqlanmalar diqqəti sözügedən mitinqlərin şifarişli xarakterdə olması fikrinə yönəltməyə bilməz.

Çinin Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Çjan Syao artıq ehtimal edir ki, hansısa xarici güclər situasiyanı silkələməyə cəhd göstərirlər.

Bəzi siyasətçilər ehtimal edirlər ki, bu hadisələrin arxasında Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin ailəsinin bəzi üzvləri dururlar. Bunda da məqsəd guya, birinci prezidentin iradəsinin əksinə gedən və nəinki hakimiyyəti ələ keçirməyə çalışan, hətta Qazaxıstan ərazisində hansısa bir xilafət qurmağa çalışan qüvvələrə qarşı durmaqdan ibarətdir. Ancaq hadisələrin bu cür inkişafı ağılabatan görsənmir…

Bununla əlaqədar olaraq, ABŞ müdafiə naziri Mark Esperin sirli bəyanatını xatırlamamaq olmur. Nazirin bəyanatında Ağ Evin Asiyada orta və qısa mənzilli raketlərin yerləşdirilməsi niyyəti ifadə olunub. Elə buadaca, ekspertlər ehtimal etməyə başlayıblar ki, nazir belə raket bazalarının yerləşdirilməsi mümkün olacaq ölkələr qismində Yaponiyanı və Cənubi Koreyanı nəzərdə tutub. Ancaq bu halda, Amerikanın orta və qısa mənzilli raketlərinin fəaliyyət radiusu daxilində az uçuş vaxtı aparması baxımından, onlara qarşı mübarizənin çətin olacağı yerlər məhz Çinin şərq rayonları və Şimali Koreya ərazisidir.

Belə bir şəraitdə Qazaxıstanda ABŞ yönlü qüvvələrin – belə qüvvələr ölkədə var – hakimiyyətə gəlişi Çinə və Rusiyaya «mat» gedişi etməyə imkan verər.

amerika-cin

Birincisi, Qazaxıstanın böyük ərazisində və bu ərazilərdə əhalinin sayının az olması burada çoxlu sayda müxtəlif təyinatlı hərbi öbyektlərin, o cümlədən, orta və qısa mənzilli (5 min kilometrə qədər radiuslu raketlər) raket bazalarının yerləşdirilməsini mümkün edir.

İkincisi, elə o andaca Rusiyanın ballistik raketlərin dislokasiya olunduğu rayonları, Sibirdə və Uralda yerləşən uzaq mənzilli və strateji aviasiya aerodromları, eyni zamanda Çinin analoji obyektəri zərbə altına alınmış olur. Belədə, artıq İran da ABŞ raketlərinin zərbəsi altına düşür…

Üçüncüsü, Rusiya qaçılmaz olaraq, «Baykonur» kosmodromunu itirir.

Dördüncüsü, ABŞ əvvəllər mümkün olmayanları əldə etmiş olur – məsələn, özünün quru qoşun bölmələrini Qazaxıstanda yerləşdirməyə nail olur. Bu zaman Qazaxıstanın Rusiya, Çin və digər ölkələrlə uzun-uzadı quru sərhədinin olduğunu nəzərdən qaçırmaq olmaz.

Nəhayət, beşincisi, Vaşinqton hadisələrin bu cür inkişafı şəraitində Xəzər dənizi sahillərinə birbaşa çıxış eldə etmiş olur.

Bütün bunlara nail olmaq üçün ABŞ Mərkəzi Asiyanın bütün dövlətlərində, ilk növbədə, Qazaxıstanda qanlı çevrilişlər və vətəndaş müharibələri törədə biləcəkmi?

Bunu zaman göstərəcək… /AzPolitika.info/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA