“ABŞ İran İnqilabı Keşikçlərini terror təşkilatı elan edəcək” - "Wall Street Journal"

  • 2019-04-06 11:52:57
  • |
  • Dünya /

“ABŞ İran İnqilabı Keşikçlərini terror təşkilatı elan edəcək” - "Wall Street Journal"

Hurriyyet.org xəbər verir ki, ABŞ-da dərc olunan “Wall Street Journal” qəzeti Donald Tramp hökumətinin İrandakı İnqilab Keşikçiləri Ordusunu “əcnəbi terror təşkilatı” adlandıracağını bildirib. Nəşrin verdiyi məlumata görə, ABŞ iqtidarı aprelin 8-i, bazar ertəsi günü İran Silahlı Qüvvələrinə məxsus, quru, hava, dəniz və raket qüvvələrindən ibarət böyük bir ordu olan İran İnqilabı Keşikçiləri Korpusunu “əcnəbi terror təşkilatları” suyahısına daxil edəcək.

“Röyters” agentliyi iddianı üç fərqli mənbə ilə təsdiqləyib. Ağ Evin belə bir addım atacağı təqdirdə, ilk dəfə bir ölkənin ordusu “terror ordusu” adlandırılmış olacaqdır.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA