ABŞ İranı danışıqlar masasına QAYTARMAQ İSTƏYİR

ABŞ İranı danışıqlar masasına QAYTARMAQ İSTƏYİR

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp dünənki açıqlamasında belə deyib: “Biz iranlıları danışıqlar masasına qaytarmaq istəyirik”. O, İran tərəfinin razılığını gözlədiklərini və bu məsələdə tələsmədiklərini söyləyib.

Xəbər verdiyimiz kimi, İranın ali dini lideri ayətullah Əli Xamanei Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşü zamanı Trampın danışıqlar barəsində təklifini rədd elədiyini bəyan eləmişdi.

Hurriyyet.org