ABŞ İranın xarici işlər naziri Cavad Zərifə VİZA VERDİ

  • 2019-07-15 11:57:28
  • |
  • Aktual /

ABŞ İranın xarici işlər naziri Cavad Zərifə VİZA VERDİ

Hurriyyet.org xəbər verir ki, bu gün Birləşmiş Millətlər Təşkilatında keçiriləcək iclasda iştirak edə bilməsi üçün ABŞ Xarici İşlər Nazirliyinin İranın xarici işlər naziri Cavad Zərifə viza vermək qərarını təsdiqlədiyi bildirilib.

ABŞ mətbuatının adının çəkilməsini istəməyən vəzifəli məmurlara istinad elədiyi xəbərdə vizanın verilməsinə şəxsən ABŞ xarici işlər naziri Mayk Pompeonun razılıq verildiyi deyilir. ABŞ mətbuatı yazır: “Zərifin vizasının rədd ediləcəyi təqdirdə, iki ölkə arasındakı münasibətlərin daha da pisləşəcəyi ehtimalı nəzərə alınaraq, razılıq verilib”.

İyunun ayının sonunda İran ərazilərinə daxil olmuş pilotsuz uçuş aparatı vurulduqdan sonra ABŞ prezidenti Donald Tramp bu səbəbdən İraın dini lideri ayətullah Əli Xamanei də daxil olmaqla, İrana qarşı yeni sanksiyalar nəzərdə tutan prezident fərmanını imzalamışdı. Eyni gündə ABŞ maliyyə naziri Sviten Mnuçin İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin də adının sanksiya siyahısına salınacağını açıqlasa da, indiyə qədər ABŞ iqtidarı bu istiqamətdə addımlar atmayıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz